24media.az "İncəsənətin inciləri" rubrikasına nəhəng "Apennin heykəli" ilə davam edir.
Florensiyadan bir qarğa uçuşu olan Pratolino, Alp dağlarının bir qolu olan Apennin dağlarının ətəyində yerləşir. Medici ailəsinə aid ən böyük iqamətgah əvvəllər bu gün Villa Demidoffun dayandığı yerdə tikilib.
Əsas bina 1569-1575-ci illər arasında Françesko I de' Medici tərəfindən tikilib və qeyri-adi gözəlliyə malik bir yer olub. Mülkiyyətin dəyəri 782.000 scudi idi ki, bu da müqayisə üçün "Uffizi"nin tikintisinə xərclənən qiymətdən iki dəfə çoxdur.
Gördüyünüz heykəl 1580-ci ildə Flaman heykəltəraşı Giambologna (Jean De Boulogne 1529-1608) tərəfindən parkın abadlaşdırılması zamanı bir neçə başqa rəssamın köməyi ilə hazırlanmışdır.

Apennin heykəli 14 m hündürlüyündə, uzun saqqalı və inanılmaz təbii duruşu olan nəhəng bir daşdır. Heykəl əslində mağara olan postament üzərində dayanır. İşi qismən örtən likenlər, mamırlar və palçıq sayəsində bizdə nəhən heykəlin hovuzdan çıxması və bir növ “diri” olması illüziyası yaranır.
Quruluşun dibində göz və qulaq yarıqları ilə işıqlandırılan, başının üstündə yerləşən kamera da daxil olmaqla, divin daxilindəki digər otaqlara aparan bir mağara var.
Bu sənət əsəri əsrlər boyu az diqqət çəkdi və təəssüf ki, unudulmuş ən görkəmli heykəllərdən birinə çevrildi. Florensiyanın klassik Medici gəzinti yerinin kənarında yerləşdiyi üçün hələ də az tanınır.
Mənbə: Ayşe Bayvas
Hazırladı: Gülay Qəribova
