Bu gün:

Düzgün təzyiq necə ölçülməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı terapevt Rasif Bağırovdur. O, düzgün təzyiq ölçülməsi barədə danışıb.


Bir çox insanlar ev şəraitində təzyiqini ölçür. Bunu kimlərsə düz, kimlərsə səhv edir. Düzgün təzyiq necə ölçülməlidir və təzyiqi ölçərkən səhvlərə yol verməmək üçün hansı qaydalara riayət etmək lazımdır?

Təzyiqin ölçülməsi məsələsi belə sadə görünür, əslində isə sadə deyil. Kifayət qədər bütün qaydalara əməl etmək şərti ilə ölçüləndə təzyiq düzgün göstərir. Birinci növbədə, əqrəbli monitor həmişə xəstənin qoluna birləşir. Manjet ki qola bağlanır o qola birləşmiş şəkildə olmalıdır. O, ürək səviyyəsində olur və ölçü daha dəqiq olur. Əgər o monitor ürək səviyyəsində və ya aşağıda, yuxarıda olarsa, monitorda göstəricilərdə dəyişikliklər olur.

İkinci tərəfdən, təzyiq ölçülərkən xəstənin mütləq vəziyyətinə fikir vermək lazımdır. Əgər xəstə həyəcanlı vəziyyətdədirsə, hər hansı bir hadisədən, stressdən, ağır fiziki işdən sonra onun təzyiqi ölçülürsə onun təzyiqi düzgün hesab olunmur. Çünki həmin dövrdə insan orqanizminin özünün fəaliyyətinin nəticəsində qalxan təzyiq olur, bu təzyiq də düzgün təzyiq deyil. Təzyiq ölçmək üçün insan tam fiziki, mənəvi və psixoloji cəhətdən rahat bir vəziyyətdə olmalıdır. Həmin zaman təzyiq yüksək göstərirsə, xəstəyə deyilir ki, təzyiq xəstəsidir. Təzyiq yüksək deyilsə, təzyiq normal təzyiqdir. Üçüncüsü, manjeti bağladıqda çox vaxt görülür ki, paltarın üstündən ölçülür, paltar çox qalın olur görünür ki, orada qanın keçməsi, sıxılması insan qulağına verilən məlumat düzgün ötürmür. İnsan qulağına ötürülməsi zamanı bəzən görünür ki, qulağa səs gəlməmiş monitor əsməyə başlayır . Sonra müəyyən müddətdən sonra qulağa səs gəlməyə başlayır. Əslində, o proses səs gələn andan ölçülməlidir. Bütün bunlar hamısı əsas şərtlərdir.

Evlərdə təzyiq ölçdükdə xəstəyə  "səndə təzyiq bu qədərdir" demək düzgün deyil. Həmin an xəstənin psixoloji durumu yaxşı deyilsə, simpatik sinir sistemi oyanır və qana çoxlu sayda adrenalinin daxil olmasına səbəb olur, bu da xəstənin vəziyyətini daha da pisləşdirir. Tez-tez evdə təzyiq ölçmək insanları depresiyaya gətirib çıxarır. Ona görə də evdə tez-tez təzyiq ölçmək düzgün deyil. Yaxşı olar ki, həkimə mürəciət etsinlər. Həkimə müraciət etsələr, o, təzyiqi düzgün ölçər və diaqnoz qoyar. 

Gülay Qəribova

Paylaş
Şərh əlavə et