Bu gün:

Beynimiz haqqında faktlar


Sinaps adlanan trilyonlarla əlaqə quran milyardlarla neyrondan (və ya sinir hüceyrələrindən) ibarət olan beyniniz bədəninizdəki ən mürəkkəb və heyranedici orqanlardan biridir. Beyninizi sağlam və aktiv saxlamaq çox vacibdir.1.İnsan beyninin altmış faizi yağdan ibarətdir. Bu, nəinki onu insan bədəninin ən yağlı orqanı edir, həm də bu yağ turşuları beyninizin fəaliyyəti üçün çox vacibdir. Sağlam, beyni gücləndirən qidalarla qidalandığınızdan əmin olun.

2. Beyniniz 25 yaşa qədər tam formalaşmayıb. Beyin inkişafı beynin arxa hissəsindən başlayır və önə doğru gedir. Buna görə də, planlaşdırma və düşünməyə nəzarət edən frontal loblarınız əlaqələri gücləndirmək və qurmaq üçün sonuncudur.

3. Beyninizin yaddaş tutumu demək olar ki, qeyri-məhdud hesab olunur. Tədqiqatlar insan beyninin təxminən 86 milyard neyrondan ibarət olduğunu göstərir. Hər bir neyron digər neyronlarla əlaqə yaradır ki, bu da 1 katrilyon (1000 trilyon) əlaqə əlavə edə bilər. Zamanla bu neyronlar birləşərək yaddaş tutumunu artırır. Bununla belə, məsələn, Alzheimer xəstəliyində bir çox neyron zədələnə və fəaliyyətini dayandıra bilər, xüsusən də yaddaşa təsir göstərir.

4. Beyin məlumatı saatda 268 mil sürətlə hərəkət edir. Bir neyron stimullaşdırıldıqda, hüceyrədən hüceyrəyə gedən bir elektrik impulsu yaradır. Bu müntəzəm emalın pozulması epileptik tutmaya səbəb ola bilər.

5. Orta hesabla onurğa beyniniz 4 yaşında böyüməyi dayandırır. Bir dəstə sinir toxuması və dəstək hüceyrələrindən ibarət olan onurğa beyniniz beyninizdən bütün bədəninizə mesaj göndərməkdən məsuldur.

Mənbə: nm.org

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş