Bu gün:

Günə sağlam başla


Günə sağlam başlayaq.

Səhər oyanmaqda çətinlik çəkirsinizsə və enerjinizi toplaya bilmirsinizsə, bu qidalardan istifadə etməlisiniz.

Əgər səhər tezdən zəngli saatın səsinə oyansanız, ancaq özünə gələ bilmirsinizsə, tək deyilsiniz. Hamımız bilirik ki, süd, ayran, bitki çayı kimi qidalar yuxuya kömək edir. Eynilə, qəhvə və tərkibində kofein olan qidalar ayıq qalmağa və konsentrasiyanı artırmağa kömək edir. Ancaq qəhvə oyanmaq üçün yeganə seçiminiz deyil. Səhər yeməyində istifadə edə biləcəyiniz bəzi qidalar sayəsində daha asan oyanıb günə təzə başlaya bilərsiniz. Günə düzgün başlamanıza kömək edəcək qidaları təqdim edirik:

Çia toxumları tərkibindəki omeqa 3 sayəsində yorğunluqla mübarizə aparmağa kömək edir, həzmi sürətləndirir. Bu səbəbdən səhər yeməyinizə çia toxumu əlavə edə bilərsiniz.

Təbii ki, yumurtanın səhər yeməyi süfrələrinin əvəzolunmaz olmasının bir səbəbi var. Zülal və B12 vitamini ilə zəngin olan yumurta enerji səviyyələrini artırır. Bu səbəbdən səhər yeməyində qaynadılmış yumurta yemək günə gözəl başlamağın ən yaxşı yoludur.

Tez hərəkət etməli olduğunuz gündə yadınızda qalmaya və ya işinizə diqqət yetirməyə bilərsiniz. Belə vaxtlarda bir alma yemək beyin hüceyrələrini sərbəst radikallardan qorumağa kömək edən antioksidanları aktivləşdirir.

Səhər şokolad yemək qəribə görünsə də, stresssiz bir başlanğıc üçün 60-70% kakao olan tünd şokolad idealdır. Bundan əlavə, tünd şokolad enerjini artırır və işə daha yaxşı diqqət yetirməyə kömək edir.

Bütün canlılar üçün qida mənbəyi olan su yorğunluqla mübarizə aparmağa və yeni bir başlanğıca kömək edir. Oyanan kimi bir stəkan su içsəniz fərqi daha yaxşı görə bilərsiniz.

Nanənin təravətləndirici qoxusu ayıqlığı artırır və yorğunluğu azaldır. Bu səbəbdən səhərlər qəhvə əvəzinə nanə çayı içməyi düşünə bilərsiniz. Günortadan sonra ləngliyin qarşısını almaq üçün nanə saqqızından da istifadə edə bilərsiniz.

Fındıq zülal, sağlam yağlar və enerji səviyyələrini sürətlə artıran liflərlə doludur. Xüsusilə, fındıq enerjinizi artırır və uzun müddət tox qalmağınıza kömək edir. Əgər fındığı adi halda istifadə etmək istəmirsinizsə, kiçik parçalara ayırıb yulaf əzməsinə əlavə edə bilərsiniz.

Mənbə:lezzet

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et