Bu gün:

Çiyələk yarpaqlarını yemək olarmı?


Çiyələk yarpaqlarını yemək olarmı?

Çiyələyin gövdəsindəki yarpaqlar adətən ayrılıb atılır. Çiyələk dünyanın ən çox sevilən meyvələrindən biridir. Şirin və şirəli teksturası ilə sevilən çiyələk həm sadə, həm də desert və smuzilərin hazırlanmasında istifadə olunur. C vitamini ilə zəngin olan çiyələk immuniteti gücləndirir. O, həmçinin idrak funksiyalarının inkişafını yaxşılaşdıra bilər. Çiyələk, ümumiyyətlə, yalnız meyvə kimi istifadə edilir. Üstündəki gövdə və yaşıl yarpaqlar yuyulmazdan əvvəl çıxarılır və atılır.

Çiyələk yarpaqları, əslində, yeməli bir quruluşa malikdir. Yarpaqlar antioksidantlarla dolu olduğundan, əlavə sağlamlıq faydaları təmin edə bilər. Çiyələk yarpaqlarının zəhərli olub olmadığı ilə maraqlanırsınızsa, bu yarpaqların zəhərli olmadığını deyə bilərik. Tərkibində aşağı pH səviyyəsinə malik taninlər olduğu üçün bu yarpaqlar istifadə edildikdə asanlıqla həzm oluna bilir. Digər göyərti kimi çiyələk yarpaqları da vitaminlərlə zəngindir. Buna görə də zibil qutusuna atmaq yerinə kifayət qədər təmizləndikdən sonra meyvə ilə birlikdə istifadə edilə bilər.

Çiyələk yarpaqlarını necə yemək olar?

Çiyələk yarpaqları faydalı olsa da, dad baxımından bir çox insanların gözləntilərini doğrultmaya bilər. Buna görə də, onu sadə yemək əvəzinə, müxtəlif maddələrlə birləşdirməyə cəhd edə bilərsiniz.

Sirkə: Çiyələk yarpaqlarını bol su ilə yuduqdan sonra qaba qoyun. Balzam sirkəsi əlavə edin və 1 saat dayanmasına icazə verin. Daha sonra souslarınızda dəmlənmiş sirkədən istifadə edə bilərsiniz. Çiyələk yarpaqları sirkəyə fərqli bir ətir qatacaq.

Su: Çiyələk yarpaqlarını yuduqdan sonra bankaya köçürün. Təmiz içməli su əlavə edin və 1 saat dəmləyin. Sonra suyunuzu içə bilərsiniz.

Çiyələk çayı: Çiyələk yarpaqlarını quruduqdan sonra qaynar su ilə qarışdırın. İçinə bəyəndiyiniz bir paket çay qoyun və dəmlənməsini gözləyin. Sonra qarışığı süzün və çayınızdan ləzzət alın.

Mənbə:lezzet

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et