Bu gün:

Led Tv nədir?


LED TV televizorun LCD və ya maye kristal displeyinin variasiyasıdır və standart soyuq katodlu flüoresan lampalar əvəzinə arxa işığı üçün işıq yayan diodlardan istifadə edir. LED arxa işığı olan LCD televizordur.


LED texnologiyası ekranda daha tünd qaralar və aydın təsvirlər yaratdığı üçün ekranda kontrast nisbətlərinin təkmilləşdirilməsini təmin edir. O, həmçinin əvvəlki LCD displeylərdən daha yaxşı baxış bucaqları təmin edir və işləmək üçün daha az enerji tələb edir.

LED-lər flüoresan işıqlardan daha uzun müddət xidmət edir, buna görə də bu televizorlar daha uzun müddət istifadə edilə bilər. Kenar LED işıqlandırma sistemləri olan televizorlar daha nazikdir və daha az yer tutur. 2005-ci ildə "Sony" şirkəti ilk olaraq LED televizorlarını ictimaiyyətə təqdim etdi.


Mənbə: 411answer.com.tr

Tərcümə etdi: Aydan İbrahimli


Paylaş
Şərh əlavə et