Bu gün:

Yaz fəslində hansı qidalara üstünlük verilməlidir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı terapevt Sübhan Hacıyevdir. O, yaz fəslində düzgün qidalanma barəsində danışıb. 


Yaz fəsli təkcə təbiətdə deyil, orqanizmdə də oyanış və canlanma dövrüdür. İlin bu fəsli bəzi xəstəliklər üçün xarakterikdir. Yazda allergik və infeksion xəstəliklər baş qaldırır, dermatoloji problemlər yaşanır. Ona görə də ilin bu fəslində düzgün qidalanmadan çox şey asılıdır. Bəs yaz mövsümündə düzgün qidalanma necə olmalıdır?

Ümumiyyətlə, insanlar təbiətlə çox sıx əlaqədədir və təsadüfü deyil ki, təbiətdə olan bir çox makro, mikro elementlər insan orqanizmində də öz yerini tapıb. Bir çox fəsil dəyişkənliklərində də orqanizimdə olan adaptiv proseslər aktivləşir. Təbii ki bu fəsillərə bizim uyğunlaşmağımız çox da ciddi zaman almır.

Əgər insanda bir çox xroniki xəstəliklər varsa, xüsusilə də, ürək-damar xəstəlikləri, şəkərli diabet, allergik infeksion xəstəliklər, bu pasientlərdə yaz fəsli daha çox xəstəliklərin aktivləşməsiylə özünü göstərir. Xüsusilə də, allergik infeksion xəstəlikləri. Bu zaman bizim daha çox müşahidə etdiyimiz pollinoz xəstəliyi ilə bizə müraciət edirlər. Bu ağaclarda, güllərdə, otlarda olan tozcuqların bizim tənəffüs yollarımızla selikli qişalara daxil olaraq qıcıqlandırmasıyla özünü göstərir. Bu zaman gözlərdə qaşınma, göz sullanmaları, burun tutulması burun axması, quru öskürək və s kimi simptomlar özünü biruzə verir. Bəzən bu simptomları insanlar səhvən digər virus infeksiyaları ilə səhv sala bilirlər. Buna görə bu fəsildə tövsiyə edərdim ki, insanlar, birinci növbədə, altda yatan xroniki xəstəliklərin daim nəzarət altında saxlasınlar, çünki bu fəsil o cür xəstəliklərin aktivləşməsinə gətirib çıxaran fəsildir.

Qidalanmaya gəldikdə  isə yaz və yay fəslində, təbii ki, payız və qış fəslinə nisbətən daha çox su içilməlidir. Amma əlavə olaraq mövsümə uyğun meyvə və tərəvəzlərdən də istifadə edilməlidir. Bu mevə-tərəvəzlər yaxşı olar ki, süni yetişdirilmiş və vaxtından tez yetişdirilmiş olmasın, çünki onların bir çoxunun tərkibində kimyəvi və hormonal dərmanlar olur. Eyni zamanda, 4-5 saatda bir qidalanmamız lazımdır. Yaxşı olar ki, xəmir xörəkləri, düyü kimi yeməklərdən və şirniyyatlardan uzaq olaq.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et