Bu gün:

Düzgün zamanda yatmağın yuxuya təsiri


Yuxu nədir?

Yuxu sadəcə olaraq bədənin istirahət etməsinə və özünü bərpa etməsinə imkan verən fəaliyyət kimi tanınır. Beyin fəaliyyətinə birbaşa təsir və idarə edən maddələrə neyrotransmitterlər deyilir. Oyandıqda serotonin və norepinefrin neyrotransmitterləri beynin aktiv işləməsini təmin edir. Yuxunun gəldiyi hiss edilən zaman bədəndə yığılan adenozin bədənin və beynin yavaşlamasına səbəb olur. Sonra əzələ və beyin hərəkətləri yavaşlayır və insan yuxuya gedir.


Səmərəli yatmaq niyə vacibdir?

Bəzən insanlar məşğul həyatlarında özlərinə kifayət qədər vaxt ayıra bilmirlər. Bununla belə, ən yaxşı yuxu saatlarını seçmək yemək vərdişləri qədər sağlamlığa təsir edə bilər. Yuxuya sadəcə yataqda keçirilən vaxt kimi baxılmamalıdır. İmmunitet sisteminə birbaşa təsir edən yuxunun ümumi sağlamlıqda da əhəmiyyətli yeri var.

Saat 10-dan 2-yə qədər yatmaq xəstəliklərlə qarşılaşma riskini azalda bilər. O, həmçinin gün ərzində daha enerjili hiss etməyə və performansınızı artırmağa kömək edə bilər.


Ən ideal yuxu saatları hansılardır?

Ən ideal yuxu saatları elmi olaraq tədqiq edildikdə bəzi ümumiləşdirmələr əldə edilir. Lakin, bu ümumiləşdirmələrin hamı üçün doğru olduğunu söyləmək mümkün deyil.

Ən ideal yuxu saatları gündüz saat 13:00-15:00, gecə saat 23:00-02:00 arası hesab olunur. Ancaq, bu gün bir çox insanların gün ərzində yatmaq imkanı yoxdur. Buna görə də həyat tərzini və vərdişlərini nəzərə alaraq insan özü üçün ən ideal yuxu saatlarını təyin edə bilər.


Mənbə: Allianz.com

Tərcümə etdi: Zahid Yaqublu

Paylaş
Şərh əlavə et