Bu gün:

Çobanyastığı çayının faydaları və zərərləri


Mollabaşı, həm də Çobanyastığı 

Çobanyastığı çayı çobanyastığı çiçəklərinin qurudulması ilə əldə edilən çiçəkdir və orqanizm üçün müxtəlif faydaları vardır. Tərkibində kofein olmadığı üçün, ümumiyyətlə qara və ya yaşıl çaya üstünlük verilir. Antioksidant xüsusiyyəti ilə ürək-damar xəstəlikləri ilə yanaşı müxtəlif xəstəliklərə qarşı da qoruyucu təsiri olduğu düşünülür. Həzm sistemi problemlərini sağaltmaqla yanaşı, yuxu pozğunluqlarına da fayda verir. Bu çay müntəzəm və ölçülü şəkildə istehlak edilməlidir, lakin həddindən artıq istehlak edildikdə bəzi yan təsirlər yarana bilər. Araşdırmalar göstərir ki, çobanyastığı çayı xərçəng və diabet kimi, həmçinin digər xəstəliklərə qarşı da təsirlidir. Yuxu problemləri ilə yanaşı, sinir sistemi, həzm sistemindəki pozğunluqlar və əzələ ağrıları kimi problemlərə də faydalı olduğu bildirilir. 

Çobanyastığı çayının faydaları nələrdir?

Yuxu problemlərini azaldır 

Tədqiqatlar göstərir ki, çobanyastığı çayı yuxu keyfiyyətini yaxşılaşdırır və bu, qədim tibbi təcrübələrdən məlumdur. Çobanyastığı beyindəki yuxusuzluq problemini azaldan, insanı yuxuya yönəldən çiçəkdir. Xroniki yuxu problemi olan insanlar onu istehlak edə bilər. Depressiya və digər psixi sağlamlıq problemləri ilə əlaqəli yuxu keyfiyyəti problemlərinə də kömək etdiyi düşünülür. 


Həzm sağlamlığını yaxşılaşdırır 

Həzm sisteminin sağlamlığını yaxşılaşdırır və qəbizlik kimi mədə xəstəliklərinin azalmasına kömək edir. Ayrıca, turşu, həmçinin reflü kimi vəziyyətlərin simptomlarını azaldaraq şişkinlik və qaz problemlərinin qarşısını alır.

Qan şəkərinə nəzarət edir

Tədqiqatlar göstərir ki, müntəzəm olaraq istehlak edildikdə diabetli insanlarda qan şəkərini azalda bilər. İltihab əleyhinə xüsusiyyətləri ilə qan şəkərinin səviyyəsini idarə edir.


İltihab əleyhinə xüsusiyyətlərə malikdir 

Çobanyastığı çayı infeksiya və iltihab əlamətlərini azalda bilər. Xroniki ağrıları aradan qaldırmaq və insanın həyat keyfiyyətini yaxşılaşdırmaqda təsirli olur. 

Xəstəliklərə qarşı qoruyur 

Qrip, soyuqdəymə kimi soyuqdəymə xəstəliklərinə qarşı fayda verən bitkilər dərmanlardır. Soyuqdəymə əlamətlərini azaltmaqda təsirlidir.


Stress və narahatlığı azaldır 

Tədqiqatlar göstərir ki, çobanyastığı çayı stressi azaltmağa və narahatlığı aradan qaldırmağa kömək edir. Bundan əlavə, sakitləşdirici təsirə malik olduğu üçün insanı fiziki və ruhi cəhətdən sakitləşdirir. 

Boğaz ağrısına yaxşı gəlir 

Boğaz ağrısını sakitləşdirə bilsə də, səslə bağlı problemlərə qarşı da təsirli olduğu düşünülür. Bir stəkan çobanyastığı çayına bir az bal əlavə etməklə istehlak edilə bilər. 


Çobanyastığı çayının digər faydaları

• İmmunitet sistemini gücləndirir 

• Müxtəlif psixoloji problemləri yüngülləşdirir 

• Dərinin sağlamlığını yaxşılaşdırır 

• Sümük itkisinin qarşısını alır və sümük sağlamlığını qoruyur.. 



Mənbə: npistanbul
Tərcümə: Nailə  Hadizadə

Paylaş
Şərh əlavə et