Bu gün:

Qəzəbin arxasında duran səbəblər


Qəzəblənmək çox normal və insan təbiətidir. 

Qəzəbin səbəbini anlayın

Bilindiyi kimi, qəzəbli olmaq çox da əyləncəli deyil, lakin Psixoterapevt Jothi Ramesh-ə görə, əsəbiləşmək əslində olduqca sağlam və təbiidir. Əksər insanlar bunu səhv başa düşür və mənfi bir şey kimi qəbul edirlər. Qəzəbin insanların yaşaması üçün lazımlı bir duyğu olduğunu ifadə edən Ramesh, qəzəblənməyin bir şeyin sizi narahat etdiyinə işarə etdiyini anlamaq lazım olduğunu bildirir. Qəzəblənmək nə qədər təbii olsa da, bəzən nəzarəti itirə bilmək mümkündür. Bununla mübarizə aparmağın yeganə yolu qəzəbin haradan gəldiyini öyrənməkdir. Psixoterapevt Julie Freedmanın fikrincə, qəzəbimizi nəyin doğurduğunu bilmək bizə onlardan uzaq durmağa, uzaq durmaq mümkün deyilsə, onlarla mübarizə aparmağa imkan verir.

İnsanı qəzəbləndirən konkret səbəblər varmı?

Gücsüz, təhdid və ya hörmətsizlik hiss etmək insanlarda qəzəb doğuran amillərdir. Bu amillər insandan insana dəyişir. 

İnsanı qəzəbləndirən səbəbləri necə tapmaq olar?

Freedman deyir ki, qəzəblənməyə səbəb ola biləcək risk faktorları insanı səbirsiz və daha asan əsəbi edə bilər. Əgər insan ac olarsa, daha əvvəl onu əsəbiləşdirən başqa bir şey yaşayırsa, stresli olarsa, eşidilməyən və ya diqqətdən kənarda qaldığını hiss edərsə və ya yorğun olarsa əsəbiləşmək daha asandır. Bunların heç biri sizə uyğun gəlmirsə, qəzəblənməyə səbəb ola biləcək digər amillərə (ətrafdakı insanlar, yerlər və hadisələr) baxmaqda fayda var. Rameşin sözlərinə görə, insanları qəzəbləndirən səbəblər aydındır və onlar bundan xəbərdardırlar. Ancaq bu səbəbləri asanlıqla qara və ağa ayırmaq olmaz. Məsələni çətinləşdirən, bir vəziyyətə niyə az və ya çox qəzəbləndiyinizi və oxşar vəziyyətlərə niyə həmişə eyni şəkildə reaksiya vermədiyinizi anlaya bilməməkdir.

Mənbə: hthayat.haberturk.com

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et