Bu gün:

Yalnızlıq hissi: Emosional yalnızlıq


Emosional Yalnızlıq

Emosional tənhalığın əsası insanın münasibətinin olmamasıdır. Bu tip tənhalıqda insanın həyatın axarında yaşadıqlarını paylaşacaq birinə ehtiyacı var, amma təcrübələrini paylaşa biləcəyi birinin varlığını hiss edə bilmir. Bir insan ayrılıqdan sonra və ya ürək ağrısı zamanı da emosional yalnızlıq keçirə bilər. Yoxluğu hiss edilən insan dost, valideyn və ya qardaş ola bilər.

Emosional təcrid də emosional təklik hissinin əsasını təşkil edə bilər. Emosional təcrid, bir insanın ətrafdakı insanlara emosional olaraq bağlanması və onlardan uzaqlaşması kimi müəyyən edilir. Emosional təcrid əslində bir növ müdafiə mexanizmidir və insan bu təcrid zamanı insanlara emosional yaxınlaşmaqdan qaçır. Travmalar və məyusluqlar emosional təcridin altında ola bilər. Bundan əlavə, bu təcrid şüurlu və ya şüursuz şəkildə yaşana bilər.

Özünlə tək olmaq

Hər bir insanın sosial və emosional olaraq başqa insanlara ehtiyacı var, lakin insanın əsas ehtiyaclarından biri özü ilə tək vaxt keçirməkdir. İnsan özünü tanımalıdır ki, öz muxtariyyətini, özünə inamını, özünə hörmətini inkişaf etdirsin. Bu, insan özü ilə tək qaldıqda baş verir. Özünüzlə tək qalmaq bəzi insanlar üçün qorxulu olsa da, həyatda motivasiyanı tapmaq və düşüncələrini daha yaxşı təhlil etmək üçün bəzən tək qalmaq bir insan üçün yaxşı ola bilər. Bu anları bir hobbi ilə doldura və özünüzü tanımaq və dinləmək üçün bəzi fəaliyyətləri təkbaşına yaşaya bilərsiniz.

Mənbə: innerjoy.app

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et