Bu gün:

Qırğızıstan


Qırğız adı VIII əsrn bəri istifadə olunur. Qırğız xalqı Yenisey vadisinin Sibir bölgəsində yaranıb və monqol zülmünə cavab olaraq indiki Qırğızıstan bölgəsinə köç edib. Qırğız adı qırx qız mənasını verir və bu toponim ölkənin qırx tayfadan ibarət olçasından qaynaqlanır. 

Bu gün qırğızların əksəriyyəti Qırğızıstan kimi tanınan Qırğız Respublikasında yaşayır. Lakin Çin, Əfqanıstan, Tacikistan və Özbəkistanda yaşayan qırğızlarda mövcuddur. Qırğızıstan əvvəllər Qırğızıstan Sovet Sosialist Respublikası kimi tanınırdı.


Qırğızıstanın 76,500 kvadrat mil (198,500 kvadrat kilometr) ərazisi var. Onun qonşuları cənub-şərqdə Çin, şimalda Qazaxıstan, cənub-qərbdə Tacikistan və şimal-qərbdə Özbəkistandır. Bundan əlavə, Tacikistan və Özbəkistan ölkənin cənubunda Qırğızıstan sərhədləri daxilində yerləşən iki yaşayış məntəqəsinə nəzarət edirlər. Torpağın 94 faizi dağlıq, cəmi 20 faizi əkin sahəsidir. Vadilər bir neçə asfaltlanmış yol boyunca sıx məskunlaşıb.

1998-ci ildə Qırğızıstanın əhalisinin sayı 4,5 milyon nəfərdən çox idi. Əhalinin təxminən 52,4 faizi etnik qırğızlardır. Ən böyük azlıqları etnik ruslar (22,5 faiz) və özbəklər (12,6 faiz) təşkil edir. Qalanları ukraynalılar, almanlar, dunqanlar, qazaxlar, taciklər, uyğurlar, koreyalılar və çinlilər də daxil olmaqla bir çox kiçik qruplar təşkil edir.


Mənbə: CNN Türk

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et