Bu gün:

Solipsizm nədir


Solipsizm latınca 'solus' və 'ipse' sözlərinin birləşməsindən yaranıb, mənası "mən" deməkdir.


Solipsizm, insanın öz ağlından və varlığından başqa heç nə bilə bilməməsi deməkdir. Başqa sözlə desək, insanın öz ağlından və bədənindən başqa heç nəyin mövcud ola bilməyəcəyini, mövcud olan yeganə şeyin insanın özü ilə onun ağlı olduğunu bildirən fəlsəfi bir elmdir. Bu anlayışa görə, şüurumuzda olmayan heç bir şey mövcud ola bilməz, ətrafda mövcud olan hər şey ancaq şüurun məhsulu kimi mövcuddur.

Solipsizm nəzəriyyəsi bir insanın öz təcrübələrindən, vəziyyətlərindən və hərəkətlərindən başqa heç bir şeyin şüurunda olmayacağını müdafiə edir. Fəlsəfi nöqteyi-nəzərdən baxsaq, fəlsəfədə solipsizm “eqo fəlsəfəsi” kimi də tanınır. Varlığı “mən”in dizaynları kimi ifadə edən fəlsəfi baxış kimi ortaya çıxır.


Solipsizmin banisi kimdir?

Solipsizmin kökləri yunan sofisti Qorgiasdan gəlir. Qorgias iddia edir ki, heç bir şey mövcud ola bilməz və mövcud olsa belə, bu barədə heç bir məlumat əldə edilə bilməz. Qorgias və sofistlərin irəli sürdüyü ideyalar solipsizmin mənşəyinin formalaşmasına səbəb oldu. 


Solipsizm Sindromu nədir?

Solipsizm sindromu tibbi mənada bioloji xəstəlikdir. Şüurunda insan Yerdən kənarda olmadığını hiss edir. Bu davamlı təcrid vəziyyəti insanı bu pozğunluğa hazırlayır. Bu sindromu yaşayan insanlar hiss edirlər ki, Dünya onların hissləri üçün real deyil. Sindromun xarakterik xüsusiyyətləri tənhalıq, müstəqillik və xarici dünyaya laqeydlik hissidir.

Solipsizm sindromlu insan yaşadığı hər şeyin xəyal olduğuna və beynində yaşadığına inanır.


Kollektiv solipsizm nə deməkdir?

Kollektiv solipsizmin, yəni kollektivləşmənin sosiallığa, yəni sinfə, təşkilata xas olan intellektual və aktual fəaliyyətə qarşı olduğunu söyləmək mümkündür. Söhbət fərdi müstəvidə qalmayan, cəmiyyət daxilində cəmiyyətə, bəşəriyyət daxilində insanlığa, nəticədə isə dünyaya qarşı insan azlığının kollektivliyini genişləndirən və götürən solipsizmdən gedir. Fərdiliyin indiki vəziyyəti xarakterizə olunur.


Mənbə: sosyologer.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et