Bu gün:

Gəzən Cəsəd Sindromu


Gəzən Cəsəd Sindromu yeni bir serialın adı deyil. Bu çox nadir və sirli bir xəstəlikdir. Kotard Sindromu olaraq da bilinən Gəzən Cəsəd Sindromuna sahib olan xəstələr özlərini ölü kimi hiss edirlər. Xəstələr öldüklərinə inanır və həyatlarını ölü kimi yaşayırlar. Gəzən Cəsəd Sindromuna bir neçə nümunə verə bilərik:


1. 2009-cu ildə Belçikada bir qoca xəstəxanaya getdi və dedi ki, o, bir neçə dəfə ölsə də, heç kim onu dəfn etməyə can atmayıb. Qocaya narahatlıq, depressiya və Kotard sindromu diaqnozu qoyulub.

2. 2012-ci ildə Yaponiyada bir kişi həkimlərə özünün öldüyündən şübhələndiyini söylədi və bunu onlara təsdiq edə biləcəyini dedi. Həkimlər xəstəyə yeriyən, xəstəxanaya gələ bilən adamın ölə bilməyəcəyini deyəndə, xəstə bunun beyninin hiyləsi olduğunu deyib. Xəstə müalicəyə müsbət cavab versə də, əvvəlki həyatında öldüyünü düşünməyə başlayıb.

3. 1996-cı ildə Şotlandiyada bir gənc motosikletlə ağır qəza keçirdi və qəzada öldüyünə inandı. Müalicəsindən sonra gənc anası ilə birlikdə Cənubi Afrikaya köçüb. Cənubi Afrikada yaşamaq onun adamın öldüyü barədə fikirlərini gücləndirdi, çünki kişi cəhənnəmə gəldiyini söyləməyə başladı, çünki ancaq cəhənnəm belə isti və pis yer ola bilər.

Bu sindrom nə qədər yayğındır?

Kotard sindromu diaqnozu qoyulan və müayinə olunan xəstələr çox azdır. Bu sindrom son dərəcə nadirdir və bütün həkimlərin bu barədə bildikləri Graham kimi nümunələrlə məhdudlaşır. Honq-Konqda aparılan bir araşdırmada, müayinə edilən 349 xəstədən yalnız 2-də Kotard Sindromuna bənzər hallar aşkar edilmişdir. Bu, xəstəliyin tezliyinin 0,57% qədər nadir ola biləcəyini göstərir.

Xəstələrin beyində bə baş verir?

Tədqiqatçılar bu yaxınlarda Qrahamın beynini skan edərək, hər hansı bir anormallıq olub-olmadığını müəyyən ediblər və onlar müəyyən ediblər ki, Qrahamın beyninin bir hissəsi kortəbii olaraq fəaliyyətini dayandırıb. Qrahamın frontal korteksinin böyük hissələrində çox aşağı metabolizm aşkar edilmişdir. Grahamın beyninin bu hissəsi yuxuda və ya işləməyi dayandırmış kimi görünür.

Mənbə: evrimagaci.org

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et