Bu gün:

Divriği böyük məscid və cənnət qapısı Sivas


Divriği Ulu Məscidi və Xəstəxanası kimi tanınan bu bina kompleksi məscid, xəstəxana və türbədən ibarət sosial kompleksdir. Anadolu Səlcuqlu Dövlətinin Mengücek Bəyliyi dövründə tikilib. 

Ulu məscidi Süleyman Şahın oğlu Əhməd şah tikdirib. Darüşşifanı həyat yoldaşı Melike Turan Mələk tikdirib. 1228-ci ildə başlanan və 1243-cü ildə tamamlanan bina kompleksinin baş memarı Muğis oğlu Ahlatlı Hürrem Şahdır.Bu bina kompleksinin dörd ayrı qapısı var. Onların dördü də üstün texnika və estetika ilə hazırlanıb və üzərində minlərlə müxtəlif fiqur var. Qapıların hər üçündə müəyyən vaxtlarda kölgə insan fiqurları görünür. 

Ahlatlı qadın siluetini ən gözəl qapıda, Cənnət Qapısında gizlədib. Günün müəyyən bir vaxtında görünür. Son bir şey, bu tikili Anadolu Səlcuqlular dövründə qadın və kişi tərəfindən tikilən yeganə əsərdir.

1228-1229-cu illərdə Türkiyənin Sivas vilayətində, Anadoluda kiçik Divriği şəhərində yerli Mengücekilər sülaləsi tərəfindən tikilmiş məscid və xəstəxana kompleksidir. Kompleks yuxarı şəhərdə, qaladan aşağıda yerləşir. Kompleksin incə daş oymaları və eklektik memarlığı onu Anadolunun ən mühüm memarlıq əsərləri sırasına daxil edir və 1985-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsinə səbəb olur.

Mənbə: antikdunyalar
Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et