Bu gün:

Berqama böyük məscidi və balans sütunu


Ölkəmizdəki bəzi məscid, malikanə və mədrəsələrdə rast gəlinən, əl ilə çevrildikdə fırlanan balans sütununun məqsədi zəlzələnin binaya vurduğu ziyanı görməkdir. Sütun fırlanmazsa, bu, strukturun statik formasının ideal dəyərlərindən kənara çıxdığını və strukturun görünən və ya görünməz zədələndiyini göstərir. 

Bir sözlə, sütun dönməzsə, strukturun əsas elementləri zədələnir. Bu fırlanan sütunlar köhnə memarlıq strukturlarının necə diqqətlə və düşünülmüş şəkildə tərtib edildiyini göstərir. İzmir vilayətinin Berqama rayonunda yerləşən Ulu Məscidinin minarəsinin altında balans sütunu da var. Sultan Yıldırım Bəyazid 1399-cu ildə Ulu Məscidi tikdirib. Məscid 1905 və 1949-cu illərdə təmir olunub.

Mənbə: antikdunyalar
Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et