Bu gün:

Ayasofya məbədi


Ayasofya bu gün İstanbulun ən çox ziyarət edilən yerlərindən biridir. Bura təkcə ibadət yeri kimi deyil, həm də turizm zonası kimi üstünlük verilir.

Ayasofyanın günbəzi Bizans dövründə dağıdılıb. Sonradan bu tikili Memar Sinan tərəfindən təmir edilmiş və günbəzlər bir daha çökməmişdir. Gölcük və İstanbul zəlzələlərindən sonra bir qədər ziyan görsə də, Ayasofya bərpa işləri ilə təmir edilmiş və bu günümüzə qədər gəlib çatmışdır. Günbəzin tikintisində çox yüngül materialdan istifadə eedilmısi onun zəlzələlərə qarşı davamlılığını təmin edir.

Ayasofya müqəddəs məbəd hesab olunur. Məbəd Milleti Isidoros və Trallesti Anthemios adlı iki memar tərəfindən inşa edilmişdir. 1985-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilərək mədəni irslərdən biri kimi qiymətləndirilmişdir. O, Avropanın ən mühüm dünya irsi obyektlərindən birinə çevrilib. İstanbulun tarixi ərazisində yerləşən Ayasofya tam 55,60 metrlik günbəz hündürlüyünə malikdir. 2020-ci ildən muzey kimi fəaliyyət göstərən Ayasofya bu gün ibadət üçün açıq olan bir məsciddir. Məscidə çevrildikdən sonra içərisindəki mozaikalar və insan fiqurları götürülüb. Tarixdə üç dəfə tikildiyi məlum olduğu üçün onu Üçüncü Ayasofya da adlandırırlar.

Mənbə: Posta.com

Tərcümə edən: Zahid Yaqublu

Paylaş
Şərh əlavə et