Bu gün:

Niyə insanların çoxu sağ əlini istifadə edirlər?


İstənilən istiqamətə meyl beyində başlayır. Biz bilirik ki, bəzi proseslər beynin sol yarımkürəsində, bəziləri isə sağ yarımkürədə idarə olunur. Başqa sözlə, beynin sol yarımkürəsi sağ tərəfdəki əllərimizi, ayaqlarımızı və gözlərimizi idarə edir.

Bəzi ekspertlər hesab edirlər ki, bu nevroloji əmək bölgüsü heyvanlarda 500 milyon ildir hökm sürür. Bu xüsusiyyət beynin iki yarısının eyni vaxtda müxtəlif vəzifələri yerinə yetirməsini təmin etmək üçün inkişaf etmiş ola bilər. Məsələn, beynin sol tərəfi qida toplamaq kimi gündəlik işləri yerinə yetirmək üçün inkişaf etdiyi halda sağ tərəfi isə ətraf mühiti daim izləmək və təhlükə anında tez reaksiya vermək üçün inkişaf etmişdir. 


Mənbə: bbc.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et