Bu gün:

Astiqmatizm nədir?


Gözümüzün ön səthində kornea adlanan şəffaf bir təbəqə var. Kornea səthində yaranan pozğunluqlar astiqmatizmə, bu isə işığın refraksiyasına səbəb olur, bunun nəticəsində də cismlərin görünüşü bulanıqlaşır.

Bir çox insanda  astiqmatizmə rast gəlinir və belə halda heç bir müalicəyə ehtiyac olmur. Astiqmatizm tez-tez miopiya və hiperopiya kimi  refraktiv qüsurlarla birlikdə ortaya çıxır. Hər yaşda rastlana bilər.

Astiqmatizmin səbəbi

Astiqmatizm irsi ola bilər, korneanın tədricən incəldiyi keratokonus xəstəliyindən qaynaqlana və ya sonradan keçirilən qəza, ya da travma (əməliyyat, yaralanma) nəticəsində də  formalaşa bilər. Gənc yaşda yüksək dərəcəli astiqmatizminiz varsa, keratokonusunuz araşdırılmalıdır. Bunun üçün kornea topoqrafiyasını ala biləcəyiniz bir mərkəzdə müayinədən keçməyiniz çox vacibdir.

Astiqmatizmin simptomları 

Bulanıq Və Zəif Görmə;

Baş Ağrısı;

Gecə Görmə Keyfiyyətinin Zəifləməsi. 

Astiqmatizmin dərəcələri

Astiqmatizm refraktiv qüsur olduğundan, xəstənin yazıları və şəkilləri aydın şəkildə görməsini çətinləşdirir. Gözündə refraktiv qüsur olan bir çox xəstədə astiqmatizm sonradan inkişaf edə bilər. Miyopiya və hipermetropiya kimi xəstəliklərlə birlikdə müşahidə edilə bilər. Bu səbəbdən mütəmadi olaraq, göz müayinəsi etdirmək çox vacibdir.

Astiqmatizm Testi

İnternetdə görmə qabiliyyətinizi sadə bir şəkildə ölçməyinizə şərait yaradan bir sıra testlər mövcuddur, ancaq bu qədər geniş yayılmış və sürətlə irəliləyən bir xəstəliyin diaqnozunun qoyulması və müalicəyə ən qısa müddətdə başlamaq üçün mütəxəssis  həkim müayinəsi tövsiyə olunur. Diaqnoz zamanı, zəruri hallarda, optik sinir və retinanın yaxından müayinəsi zamanı göz bəbəkləri göz damlaları ilə genişləndirilərək müayinə olunur.

Astiqmatizmin müalicəsi

Günümüzdə astiqmatizm, müalicəsi olan görmə qüsurudur və yeganə müalicə metodu  lazer əməliyyatıdır.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et