Bu gün:

Zoser məbədinin tarixi


Saqqara Qahirədən təxminən 25 km məsafədədir. Burada görəcəyiniz ən əhəmiyyətli quruluş pilləli piramida və ya Zoser piramidası olaraq da bilinən bu 62 metr yüksəklikdəki piramidadır. 

4700 il əvvəl eramızdan əvvəl 27-ci əsrdə Misirin üçüncü sülaləsi dövründə Firon Coserin adına tikilib. Qədim Misirdə tikilmiş ilk və ən qədim piramidadır. Onun dizaynı öz dövrünün dahilərindən sayılan vəzir İmhotepə məxsusdur. Zoser piramidasının tikintisi üçün günəş altında qurudularaq əldə edilən kərpic və ağ əhəng daşından istifadə edilib. Piramidanın hündürlüyü 63,17 metrdir və 109×125 metr təməl üzərində yerləşir.


Kobra Qədim Misir üçün vacib bir simvol idi. Aşağı Misirin emblemi kimi istifadə olunurdu. Bu bölgənin baş ilahəsi kobraların ilahəsi olan, fironların və papirusların qoruyucusu sayılan Vadjet (Vedcet) idi. Kobra simvolu olan Urey Qədim Misirdə suverenliyin, ilahiliyin və ilahi hakimiyyətin simvolu idi.

Mənbə: Antikdunyalar

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et