Bu gün:

Serapis məbədi və gizli keçidlər


Berqamanın aşağı şəhəri adlanan düzənlikdə yerləşən məbəd Anadoluda müxtəlif dinlərə xidmət edən nadir tikililərdən biridir və bu xüsusiyyəti ilə çox əhəmiyyətlidir.

Eramızın II əsrində Roma Misir mədəniyyətinin təsiri altında olarkən tikilib. Məbədin müqəddəs otağına yalnız kahinlər girə bilərdi. Bu otaq məbədin pəncərəsiz və ən qaranlıq hissəsində idi və hündürlüyü təxminən 12 metr olan bir heykəl var idi. Bu müqəddəs otaqdan bir az aşağıda, bu gün bir çox ziyarətçilərin fərqinə varmadığı gizli keçidlər və tunellər var idi. Ayin zamanı kahin bu keçidlərdən heykəlin başına qalxır və Allah adından insanlarla danışır, onlara təlqin edirdi. 2000 il əvvəl belə bir şey insanlar üçün möcüzəvi bir vəziyyət idi və onlar Allahın onlarla danışdığına inanırdılar. Bu məbədin tikilməsinin məqsədlərindən biri də insanları bu şəkildə heyran etmək idi.Serapis məbədi daha sonra Müqəddəs İohanna həsr olunmuş kilsə kimi istifadə edilmişdir. Məbədə aid iki silindrik quruluşdan biri bu gün də “Qurtuluş məscidi” olaraq Berqama əhalisinə xidmət edir.

Mənbə: Antikdunyalar

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et