Bu gün:

İran kinematoqrafiyası


Nadir olsa da, sehr saysız-hesabsız formalarda olur. İran kinosu Yaxın Şərq mənzərəsində və onun xalqının ruhunda heyrət doğuran səbəblər açaraq məişət həyatının həyəcan verici  xatırlatmasına çevrilib. Abbas Kiarostami, Məhməlbaflar və Cəfər Pənahi kimi rejissorlar İran filminin korifeyləri sırasına daxildir, hər biri qeyri-bədii və bədii ədəbiyyat arasındakı incə sərhədlərə aqnostik yanaşma təqdim edirlər. Onlar poetik humanizm ilə, tez-tez qadınların, uşaqların sosial dünyada necə hərəkət etmələrinə qərar verən ciddi rejimin təqdimatını ustalıqla işləyir. İranda bu məsələlər ətrafında senzura ilə üzləşmək o qədər asandır ki, bəzi müəlliflər mühacirət, digərləri isə həbs həyatı yaşamağa məcbur olub. Onsuz da dərin olan hekayələr bu çətin həyat şəraitində daha da güclənir. Ona görə də, ən adi əşyalar– çörək, futbol topu, əl işi xalça, incə sazlanmış simlərin səsləri simvollara çevrilir.

Mənbə: Mubi.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et