Bu gün:

Oktavio Paz kimdir?


Oktavio Paz Meksikalı yazıçı, şair və diplomatdır. Oktavio Paz 31 mart 1914-cü ildə Meksikanın Mexiko şəhərində anadan olub. 1990-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatına layiq görülüb. O, Emiliano Zapatanı dəstəkləyən yerli əsilli bir ispan ananın və meksikalı vəkil atasının oğludur. Vətəndaş müharibəsi səbəbindən ailəsi maddi sıxıntı yaşadığı üçün çətin şəraitdə böyüyüb. Katolik məktəbində oxuyub və Meksika Universitetində təhsil alıb. İlk şeir kitabı olan “Meşədəki ay” 19 yaşında çap olunub. 

O, 1937-ci ildə İspaniyaya getdi və respublikaçıları dəstəkləməyə başladı. Sonra Parisə köçdü. Robert Desnos və ona dərindən təsir edən digər sürrealist şairlərlə tanış oldu. Meksikaya qayıtdıqdan sonra ədəbi jurnallar yaradaraq onlara rəhbərlik etməyə başladı. 1970-ci illərdə o, “Plural” siyasət və ədəbiyyat jurnalının baş redaktoru olub. 1963-cü ildə Meksikanın Hindistandakı səfiri oldu. O, 1968-ci ildə Meksika hökumətinin radikal universitet tələbələrinə qarşı sərt rəftarına etiraz olaraq istefa verib. Fransa, İngiltərə və ABŞ-da yaşayıb. O, İngiltərənin Kembric Universitetində qısa müddət dərs deyib.


Ədəbiyyata verdiyi töhfələrə görə 1990-cı ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. O, solçular tərəfindən tənqid edilib. Lakin, özünü sosialist adlandırmağa davam etdi. Şeir və yazılarında Meksika xalq ədəbiyyatını və folklor elementlərini sürrealizmlə uzlaşdıran bir mövqe tutmuşdur.


Mənbə: turkedebiyyati.org

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et