Bu gün:

Knut Hamsun kimdir?


Knut Hamsun Norveç yazıçısıdır. Onun əsl adı 1920-ci ildə Nobel mükafatı almış norveçli yazıçı, dramaturq və şair Knut Pedersondur. Yazışı 20-ci əsrin əvvəllərində inkişaf edən ədəbiyyatda neo-romantizmin başlanğıcını qoyub və romanı həddindən artıq naturalizmə doğru sürüşməkdən xilas edib.


Kəndli ailəsindən olan Hamsun uşaqlığını ölkənin ucqar guşəsindəki Lofoten adalarında keçirib və demək olar ki, heç bir rəsmi təhsil almayıb. O, yazmağa on doqquz yaşında Norveçin şimalındakı Bodo şəhərində çəkməçinin şagirdi olduğu vaxt başlamışdır. Sonrakı 10 il ərzində müxtəlif işlərdə çalışıb. O, Çikaqoda tramvay bileti kollektoru və Şimali Dakotada fermer kimi çalışaraq iki dəfə ABŞ-a səfər edib. Onun ilk nəşr olunmuş əsəri aclıq çəkən gənc norveçli yazıçının hekayəsi olan “Sult” romanıdır. O dövrdə Norveç bədii ədəbiyyatında hökmranlıq edən sosial realizmdən qəti şəkildə qopmağı simvolizə edən əsər yeni perspektivi və şövqlü poetik üslubu ilə Avropa yazıçılarına görünməmiş dərəcədə təsir etdi. Hamsun bu uğurun ardınca İbsen və Tolstoy kimi bütpərəst yazıçıları tənqid etdiyi bir sıra mühazirələrlə çıxış etməklə ömrünün sonuna qədər fasiləsiz olaraq yazmağa davam etdi.


Sirr (1892), Düyün (1971), Pan (1894), Keçiayaqlı Tanrı (1940) və Viktoriya (1898) əsərlərindəki təcrid olunmuş qəhrəmanlar kimi, o, həyatı boyu tərəqqiyə biganə və ya tənqidi münasibət saxlamışdır. 


Mənbə: turkedebiyyati.org

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et