Bu gün:

Anime nədir?


Anime sözü əslində ilk dəfə fransız dilində "dessin anime" kimi istifadə edilmişdir. İngilis dilində "animasiya" kimi istifadə olunur. Animenin tərifi üçün deyə bilərik ki, bu, Yapon mənşəli və Yaponiyaya xas unikal üsluba malik olan cizhi filmdir. Bu animasiya teleserial kimi uzun epizodlar üçün davam edə bilər və ya film kimi uzun metrajlı film ola bilər. Anime ümumiyyətlə manqadan uyğunlaşdırılsa da, onların manqa olmayan çoxlu mənbələri də var.

Bunlar təkcə uşaqları maraqlandıran cizgi filmləri deyil. Demək olar ki, hər yaşda olan insanlara xitab edir və mövzuları çox genişdir. Texniki baxımdan ona cizgi filmi demək səhv olmasa da, cizgi filmindən heç bir fərqi olmadığını söyləmək qətiyyən yanlışdır. Çünki yapon mənşəli olsa da, sadəcə cizgilərə baxmaqla fərqi müəyyən etmək olar. Cizgi filmlərinin mövzuları ümumiyyətlə çox sadə olsa da, anime mövzuları heç bir məhdudiyyətə malik deyil və genişdir.

Mənbə: kayiprihtim.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et