Bu gün:

"Vitamin azlığı saçların tökülməsinə gətirib çıxarır"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı terapevt Nərminə Abbasovadır. O, COVİD-19 virusundan sonra insanlarda yaranan saç tökülməsi barəsində danışıb.

COVID-19 infeksiyasına yoluxmuş insanların böyük əksəriyyəti saç tökülməsi ilə üzləşir. Koronavirusdan sonra başlayan saç tökülməsinin qarşısını necə ala bilərik?

COVİD-19 virusunun bu neçə il ərzində verdiyi zərəri hər birimiz yaxşı bilirik. Müəyyən xəstəliklər var ki, koronovirusdan sonra həmin xəstəliyə yoluxan insanların vəziyyəti daha da pisə doğru gedir. Bu xəstəliklərdən biri də saç tökülməsidir. Saçların tökülməsi koronanın ən yüngül fəsadlarındandır. Çünki onu aradan qaldırmaq müəyyən qədər asandır. Ümumiyyətlə, virusun ilk təsir etdiyi immun sistemidir. İmmun sisteminin pozulması bədəndə mübadilə sisteminin pozulmasına, lazımi vitaminlərin çatışmamasına gətirib çıxarır. Vitamin azlığı dəridə bir sıra problemlərə, saçların tökülməsinə, nazikləşməsinə və s. fəsadlara gətirib çıxaır. Saçları müalicə etmək üçün immun sistemini düzəltmək lazımdır. Bu müalicə anidən təsir göstəmir. Bir neçə ay sonra təsir göstərə bilər. Saçların tökülməsi qarşı çox diqqətli olmalıyıq. Çünki bu dəri xəstəliyinin də nəticəsi ola bilər. Saç tökülməsi zamanı tək dermotoloqa üz tutmaq düzgün deyil. İlk öncə terapevtə və ya ailə həkiminə müraciət edilməlidir. Çünki saç tökülməsi bir səbəbdən olmur. Müalicə ilk vaxtlar öz təsirini göstərmədikdə pasientlər həvəsdən düşməməlidir. Bir insana yazılan müalicə eyni xəstəliyə yoluxan digər insana aid olmur.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et