Bu gün:

Joze Saramaqo kimdir?


Biography - José Saramago Foundation

Məşhur yazar Joze Saramaqo İsbon şəhərinin şimalındakı kiçik kəndlərdən biri olan Azinhaqada (Ribatejo) kasıb bir kəndli ailəsində anadan olub. O, Lissabonda təhsil alıb, ailəsi ilə birlikdə burada məskunlaşıb. Təhsil aldığı müddətdə kənddə və şəhərlərdə işləyib. Bir müddət sonra maddi problemlərlə üzləşən Joze məktəbi tərk edərək maşinist ixtisası üzrə təhsil almağa başlayır. O, texniki layihəçidən tutmuş korrektor, redaktor və tərcüməçiliyə qədər bir çox işlərdə çalışıb. Bir neçə çap məkanlarında nəşrlərin hazırlanması və istehsalı şöbəsində işləyib. "Diario" və "Lisboa" qəzetlərində mədəniyyət redaktoru vəzifəsində çalışıb və siyasi şərhlər yazıb. 

İlk sevgisi İlda Raisla evləndiyi il zabit kimi işə başlayıb. Övladı Violante dünyaya gələndə o, nəşriyyat karyerasına 1947-ci ildə “Günahlar diyarı” (Terra do Pecado) adlı kitabını nəşr etməklə başlamışdır. O dövrdə faşist diktaturası altında olan Portuqaliyada marksist olmağın əvəzi işsiz qalmaq idi. Ailəsini dolandırmaq üçün metal fabrikində işləməyə başlayan yazar, sonradan bu işi atıb yazmağa davam etmək üçün yeni iş axtarmağa başlayır ki, bu da onun ən böyük həvəsi olub. O, Portuqaliya Yazıçılar Birliyinin idarə heyətində çalışıb və 1976-cı ildən sonra müxtəlif iş sahələrini tərk edərək özünü tamamilə kitablarına həsr edib.

Müəllifin üslubu olduqca diqqətəlayiqdir. O, nəsrində durğu işarələri kimi nöqtə və vergüldən başqa heç nə işlətmir. İfadə dili də kifayət qədər şıltaqdır. Bu da oxucunu müəllifə bağlayan başqa bir amildir.

Qeyd etmək lazımdır ki, Joze Saramaqo 1998-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.


Məhşur Əsərləri: 

1. Korluq

2. İtirilmiş Adanın Hekayəsi                    

3. Lissabon mühasirəsinin tarixi              

4. İsaya görə İncil

5. Kopyalanan adam

6. Görmək

7. Bir zamanlar ölüm

8. Baltasar və Blimunda

9. İtirilmiş adanın hekayəsi 

10. Kabil

11. Kiçik xatirələr

12. Filin səyahəti

              


MənbəWWW.kitabdiyari.com.tr

Tərcümə edənZahid Yaqublu

Paylaş
Şərh əlavə et