Bu gün:

Niyə duyğularımız inkişaf etdi? Niyə duyğularımız var?


İlk baxışdan elə görünə bilər ki, duyğular insanlara təkamül baxımından heç bir fayda vermir və hətta bu prosesdə bizi mənfi vəziyyətə sala bilər. Amma bu tam doğru deyil. Duyğular təkamüldə və xüsusilə insanların təkamülündə böyük əhəmiyyət kəsb edir. Valideynlərin öz övladlarına olan sevgisinin və ya tərəfdaşına duyduğu sevginin təkamül üstünlüklərini təxminən təxmin edə bilərik. Ancaq təkamül prosesində insanlara mərhəmət və ya empatiya hissinin hansı üstünlüklər verdiyini təxmin etmək çox çətindir.

Şübhəsiz ki, öz övladına məhəbbət göstərmək faydalı davranışdır. Ancaq bir məxluq başqa növün nəslinə mərhəmət və ya şəfqət göstərirsə, bu, insanların beynində sual işarəsi yarada bilər. İlk baxışdan görünə bilər ki, bu, üstünlük deyil.

Duyğuların təkamülünün tədqiqi 19-cu əsrə, Çarlz Darvinə gedib çıxır. Bütün zamanların ən müvəffəqiyyətli təbiət müşahidəçilərindən biri olan Darvin, heyvanların da insanlar kimi duyğulara sahib olduğunu müşahidə etmişdir. Darvin hətta Təkamül Nəzəriyyəsi daxilində duyğularımızı digər canlılarla paylaşdığımız ortaq əcdadlardan miras aldığımız fikrini irəli sürdü. Bugünkü təkamül biologiyası araşdırması göstərir ki, Darvin bu fikrində yanılmamışdır. Hazırkı araşdırmalar göstərdi ki, insanlarda müşahidə edilən hisslərin demək olar ki, hamısı müxtəlif canlılarda, xüsusən də yaxın qohumlarımızda da var.

Təkamül prosesində duyğuların rolu

Duyğuların niyə təkamül etdiyi mövzusu əslində çox geniş bir mövzudur. Çünki hər bir duyğu müxtəlif zaman və şəraitdə inkişaf etdiyi üçün hər bir duyğunu fərqli prizmadan nəzərdən keçirməli və araşdırılmalıdır. Ancaq duyğuların necə təkamül etdiyi sualına ümumi cavab verməli olsaq, canlıya heç bir fayda vermədiyi üçün onların təkamül prosesində seçildiyini söyləmək səhv olmaz.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et