Bu gün:

Addison xəstəliyi nədir?


Addison — böyrəküstü vəzinin qabıq maddəsinin hormonunun çatızmaşlığı olduqda yaranan xəstəlikdir. Dərinin tunc rəngi alması xəstəliyin spesifik əlamətidir.

Addison xəstəliyi hər 100.000 insanda bir rast gəlinən nadir bir xəstəlikdir. Bu xəstəliyin ortaya çıxdığı müəyyən bir yaş qrupu yoxdur, hər yaşdan kişilərdə və qadınlarda aşkar olunur.

Addison xəstəliyi böyrəküstü vəzinin yetərli miqdarda hormon (aldosteron, kortizol) ifraz etməməsindən irəli gəlir. Bədəndə hormon səviyyələri çox aşağı olduğu hallarda bu xəstəlik ölümcül ola bilər. Addison xəstəliyində müəyyən simptomlar var. Ən çox rast gəlinənlər əzələ zəifliyi və yorğunluqdur. Üstəlik, bu xəstələrdə əzələ zəifliyini pisləşdirən iştah itkisi də olur. Addison xəstələrində hiperpiqmentasiya adlanan dəri piqmentasiyası görülə bilər, həmçinin, bu xəstələrdə qan təzyiqi az olur. Addison xəstəliyi  hipoqlisemi (qan şəkərinin azlığı) ilə nəticələnə bilir.

Addison xəstəliyinin simptomları:

xroniki yorğunluq və əzələ zəifliyi;

dəri piqmentasiyasında artım (dəri tünd rəngdə olur);

çəki itkisi, iştahın azalması və həzmdə çətinlik;

ürək döyüntüsü və qan təzyiqi azalır;

aşağı qan şəkəri;

huşunu itirmə;

ağızda ağrılar;

duz tələbi;

bulanma;

qusma;

əsəbilik və depressiya;

stresslə mübarizədə çətinlik yaranır;

Kortizol stress hallarına qarşı bədənin reaksiyalarını tənzimləyir. Həmçinin, bədəndə karbohidratlar, zülallar və yağların istifadəsini tənzimləyir, ürək-damar funksiyaları qorumağa kömək edir və iltihab prosesinə nəzarət edir.

Aldosteron bədənin sodyum və potasyum minerallarını tənzimləməyə kömək edir, duz və su balansını təmin edilməsində böyrəklərə köməkçi olur, qan həcmi və qan təzyiqi nəzarətində kömək edir. Aldosteron hormonu olmadığı zaman, böyrəklər su və duz balansını təmin edə bilmir və qan təzyiqi düşür.

İki növ Addison xəstəliyi var: ilkin böyrəküstü vəzi çatışmazlığı və ikincil böyrəküstü vəzi çatışmazlığı.

İlkin böyrəküstü vəzi çatışmazlığı.

Addison xəstəliyi çox vaxt immun sistemin böyrəküstü vəzilərinə hücum etməsi nəticəsində yaranır. Buna görə bu autoimmun xəstəlikdir. Autoimmun xəstəliklərdə immun sistem orqan və ya onun bir bölgəsini virus, bakteriya ya da yad cisimlər ilə qarışdırır.

İkincil böyrəküstü vəzi çatışmazlığı.

Böyrəküstü vəziləri adrenokortikotropik hormon (AKTH) ifraz edə bilmədiyi hallarda ikincil böyrəküstü vəzi çatışmazlığı meydana gəlir. AKTH böyrəküstü vəzilərinə hormon ifraz etməsi üçün siqnal göndərir.

Addison xəstəliyi olan insanlar öz dərmanlarını aldıqları müddətdə normal həyatlarını davam edə bilərlər.

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva

Paylaş
Şərh əlavə et