Bu gün:

"Mewing" nədir?


Mewing 1970-ci ildə John Mew adlı ortodontist tərəfindən hazırlanıb. Bu gün çox diqqət çəkən "mewing"in görünüşü dəyişdirdiyi və sağlamlığa töhfə verdiyi bilinir.


Mewing dilin ağızda müəyyən bir vəziyyətdə dayanması texnikasıdır. İndiki vaxtda bir çox insanlar dilini ağzının dibində və ağzı bir az açıq vəziyyətdə dincəlir. Ancaq dilin mövqeyini mewing texnikasına uyğun tənzimləmənin əyri dişlərdən tutmuş yuxu apnesinə qədər bir çox problemləri düzəltdiyi bildirilir.

"Mewing" edənlər dilini ağzının dibinə qoymazlar. Əvəzində dillərini damağa dayadırlar. Xüsusilə, bu vəziyyətə uyğun dil duruşu deyilir. Sağlamlıq üçün nizamlı duruş lazımdır. Bundan əlavə, dil duruşunun sağlamlığa əhəmiyyətli təsirləri olduğu da deyilir. Xüsusilə, "mewing"in yuxu apnesi ilə mübarizə apara biləcəyi və insanlarda daha sağlam tənəffüs sistemini təşviq edə biləcəyi də ifadə edilir.

Necə "mewing" etmək olar?

Hal-hazırda mewing texnikası bir çox insanlar tərəfindən araşdırılan bir texnikadır. Bu texnikanı tətbiq edəcək insanların onu düzgün tətbiq etməsi də çox vacibdir. "Mewing" aşağıdakı kimi həyata keçirilir:

- Bu texnikada əvvəlcə ağız bağlı saxlanılmalıdır. 

 -Onda dişlər bir-birinə yüngülcə toxunmalıdır.
 - Dişlər toxunduqdan sonra dili damağa gətirmək və yüngülcə basmaq lazımdır.
- Bu prosedurdan sonra insanlar çənələrində müəyyən təzyiq hiss etməlidirlər.
 - Bundan əlavə, tətbiq zamanı nəfəs alarkən tənəffüs yollarının tıxanmamasını təmin etmək lazımdır .

Bu addımlar ardıcıllıqla tətbiq olunarsa, "mewing" texnikası uğurla tətbiq olunacaq.

Mənbə: Milliyyet

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et