Bu gün:

Dovşan davranışları və mənaları



Dovşanların davranışı və onun mənaları, ilk dəfə heyvan sahibi olanlar üçün başa düşülməsi çətin bir mövzu ola bilər. Əslində, xoşbəxt olduqları zaman göstərdikləri bəzi davranışlar çox vaxt narahatlıqla əlaqələndirilə bilər. Bunun əksi də mümkündür- dovşanlar xoşbəxt olduqları düşünülən bir vaxtda narahatlıqlarını ifadə edə bilərlər.

 

Təpikləmək

Dovşan təpikləmək həddindən artıq diqqət tələb edən dovşan davranışlarından biridir. Son dərəcə güclü ayaqları olan bu heyvan vəziyyətlərindən narahat olduqları və yaxud tutulmağı sevmədikləri zaman arxa ayaqları ilə çox tez təpik ataraq qaça bilirlər. Dovşan adamdan uzaqlaşarkən yerə təpik atmağa çalışırsa, onun əsəbi olduğunu başa düşmək olar. Əgər, onlar tutularkən təpikləyirlərsə, vaxt itirmədən yumşaq bir şəkildə yerə endirmək lazımdır. Tutularkən çox güclü təpik vursalar, onurğalarını zədələyə bilərlər. Eyni zamanda, dovşanın təpikləri onları tutan insanlara da ciddi zərər verə bilər.

 

Sıçrayış

Dovşanlar xoşbəxt və həyəcanlı olduqda, havaya tullana və bədənlərini fırlada bilərlər. Bu anlar şən adamın havaya atılıb dabanlarını bir-birinə vurduğu zamankı davranışlara çox bənzəyir. Bu davranış dovşanları tanımayan insanlar tərəfindən qorxmaq və qaçmaq kimi şərh oluna bilsə də, xoşbəxtliyin simvolu olan tullanma hər dovşanın sərgiləməsi gözlənilən əsas davranışlardan biridir.

 

Arxa ayaqlarını yerə möhürləmək

Dovşanların çıxardıqları tək səs ayaqlarını yerə basdıqları zamandır. Həddindən artıq güclü olduğu üçün arxa ayaqlarını yerə basdıqda belə, insanları yuxudan oyandıra bilirlər. İlk baxışda sizi razı salan bu davranış əslində əks məna daşıyır. Bu davranışın iki əsas səbəbi var: Dovşan təhlükəni hiss edir və təhlükənin mənbəyini xəbərdar etməyə çalışır yaxud da qəzəbli olduğunu ifadə edir. Ayaq vurma davranışı birdəfəlik baş verə bilər və ya bəzən bir neçə dəfə təkrarlana bilər. Ayaqlarını ara vermədən yerə vurursa, artıq onu qorxudan və ya qəzəbləndirən bir şey var.

 


Mənbə: petlebi

Tərcümə etdi: Uğur Hacıyev


Paylaş
Şərh əlavə et