Bu gün:

Bəkməzin növləri və faydaları


Bəkməzin (doşab) faydaları və hazırlanması (Bəkməzdə dəmir baldan 8 dəfə  çoxdur) - Fizuli Hüseynov 

Üzüm bəkməzi

Üzüm bəkməzi tərkibindəki yüksək miqdarda kalsium və dəmir sayəsində gündəlik dəmir və kalsium ehtiyaclarınızı qarşılamanıza kömək edir. Dəmir bədəndəki bütün toxumalara oksigen daşımağa kömək edir və qan istehsalını təmin edir. Kalsium osteoporozun qarşısının alınmasında təsirlidir, diş sağlamlığı üçün də vacibdir.


Keçiboynuzu bəkməzi

Bəkməzin ən müalicəvisi hesab olunur. Tərkibində olan öd turşusu ağciyərlərə təsir edən güclü antioksidant olduğundan astma xəstələrinə tövsiyə oluna bilər. Bronxit və öskürəkdən əziyyət çəkənlər üçün faydalıdır. Mədə xəstəliklərindən və ürək yanmasından əziyyət çəkən insanlar üçün də tövsiyə olunur.


Ərik bəkməzi

Kaliumla zəngin qidadır. Kalium mineralı normal ürək döyüntüsü, qan təzyiqinin tənzimlənməsi və əzələlərin daralması, həmçinin rahatlaması üçün vacibdir. 


Tut bəkməzi

Onun antosiyanin quruluşu güclüdür. Tərkibindəki selenium sayəsində bədənin soyuqlara qarşı müqavimətini artırmağa kömək edir.


Xurma bəkməzi

Balanslaşdırılmış şəkər tərkibinə malikdir. Xurma meyvəsinin tərkibində yüksək suda həll olunan lif olduğu üçün həzm sistemi pozğunluqlarının (qəbizlik, qaz, həzmsizlik və s.) qarşısını alır və aradan qaldırır. O, həmçinin dəmir və maqneziumla zəngindir.


Nar bəkməzi

Tərkibində bol miqdarda kalium və C vitamini var, həmçinin antioksidantlarla da çox zəngindir. Nar bəkməzinin tərkibindəki antioksidantların miqdarının yaşıl çay, zoğal və portağal şirəsindən dəfələrlə çox olduğu müəyyən edilib. Tərkibində demək olar ki, heç bir yağ və zülal olmayan nar tam kalium mənbəyidir. 100 qram narın tərkibində 250-300 mq kalium var və C vitamini ilə zəngindir. Nar şirəsi oksidləşmənin qarşısını alan maddələr olan antioksidanlar baxımından yaşıl çaydan qat-qat zəngindir.


Mənbə: hüriyyet
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et