Bu gün:

Kətan toxumunun faydaları


Kətan toxumunun faydaları - QafqazTürk


Kətan toxumunun bir çox faydaları var - o, iltihabı aradan qaldırır, yuxuya kömək edir, onun toxumu sümük  sağlamlığı üçün faydalıdır, sinir sistemini qoruyur, xərçəng riskini azaltmağa kömək edir, erkən qocalma və Alzheimer riskini azaldır, xolesterinin aşağı salınmasını dəstəkləyir, həzm sistemi üçün faydalıdır, şiş inkişafının qarşısını alır, dəri sağlamlığını dəstəkləyir, qan şəkərini azaltmağa kömək edir və dəri sağlamlığı üçün faydalıdır. Həmçinin, iltihaba qarşı yaxşıdır. 


Kətan toxumlarında bitki mənşəli omeqa 3 yağ turşusu olan alfa-linolenik turşu (ALA) var. Qan dövranı üçün faydalı olan bitki turşu iltihab əleyhinə təsirə malikdir. Kətan toxumunda olan maqnezium yuxu və əhval-ruhiyyəni yaxşılaşdırsa da, manqan kollagen istehsalını dəstəkləyir, dəri və sümük sağlamlığına müsbət təsir göstərir. Fosfor sayəsində hüceyrələrin əmələ gəlməsi və sümüklərin qorunmasına nail olmaq olar. Mis enerji və kollagen istehsalını dəstəkləyir. Bütün bədənə oksigen daşıyan qırmızı qan hüceyrələri üçün də lazımlıdır. Sinir sistemini qoruyur. Eyni zamanda, tərkibindəki tiamin enerji təmin edərək sinir sistemini qorumağa kömək edir.


Mənbə: acı badem
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et