Bu gün:

Portağalın faydaları nələrdir?


 Orange (fruit) - Wikipedia 


Portağal xəstəliklərə qarşı bir çox qoruyucu xüsusiyyətləri ilə faydalı meyvələr arasında birinci yerdədir. O, hüceyrələrin zədələnməsinin qarşısını alır, xərçəngə səbəb olan sərbəst radikallarla mübarizə aparır, immunitet sistemini gücləndirir və qoruyur. 

Təzə meyvə kimi istehlak edilməklə yanaşı, həm suyu, həm də qurudulmuş formada qida baxımından faydalı qida kimi diqqət çəkir. Vitaminlər, minerallar, kalium, maqnezium və lif kimi xüsusiyyətləri ilə insan sağlamlığına bir çox faydası var. Bədənin ehtiyac duyduğu vitamin və mineralları bu meyvə ilə qarşılaya bilərsiniz.
 
Portağal C vitamini ilə zəngindir. Qış boyu xəstəliklərindən qoruyur. İmmunitet sistemini dəstəkləyir. Güclü antioksidant xüsusiyyətlərə malikdir.  Həzm sistemini tənzimləyir və anemiyanın qarşısını alır. Dərini qoruyur, həmçinin, qocalmanı gecikdirir. Hüceyrələri qoruyur və dəstəkləyir. Qan təzyiqini tənzimləyir və kollagen istehsalına kömək edir. Alzheimer xəstəliyinə, eyni zamanda, hamiləlik zamanı yarana biləcək problemlərə qarşı təsirlidir. Böyrək daşlarının qarşısını ala bilər. Yağların yanmasını sürətləndirir və iltihabı azaldır.

Bəzi xəstəliklərdə onu istehlak edərkən ehtiyatlı olmaq lazım olduğu məqamlar var.  Qan durulaşdıran, təzyiq, xolesterin, parazit dərmanları istifadə edən insanlar bu meyvəni və onun şirəsini istehlak edərkən mülayim və diqqətli olmalıdırlar. Bundan əlavə, körpələrdə və gənc uşaqlarda onun istehlakı allergik reaksiyaların qarşısını almaq üçün həkim məsləhəti ilə qəbul edilməlidir.

Portağalın dəri üçün faydaları nələrdir?

Bol C vitamini və su ehtiva edən bu meyvə dəri sağlamlığı üçün çox faydalıdır. Dəriyə qulluq edən insanlar, adətən, qabığını və ya meyvəni dilimləyib dəriyə tətbiq edirlər. Bir çox kosmetik şirkətlər meyvədən kremlər, şampunlar və makiyaj materialları əldə edirlər. Bunlar dərini nəmlənmiş, yenilənmiş və canlı saxlayır. Ölçülü istehlak edildikdə dərini qidalandıran və məsamələri bərpa edən meyvə dərinin daha parlaq, canlı görünüşünü təmin edir. Qeyd etmək lazımdır ki, portağal dərinin yaşlanmasını da gecikdirir.


Mənbə: np istanbul
Tərcümə etdi: Aynur Mikayılova
Paylaş
Şərh əlavə et