Bu gün:

Rənglər haqqında məlumat


Cisimlərə dəymə nəticəsində gözə əks olunan işığın vəziyyətinə “rəng” deyilir. Obyektin strukturundan və əks olunmasından asılı olaraq qavrayışın dəyişməsi də rəng tonu kimi ifadə edilir. Əgər işıq düşdüyü cisimdən gözə tam əks olunarsa, bu rəng ağ, heç əks olunmadıqda isə qara kimi qəbul edilir. Rəng elmi bir anlayışdır. Bu kontekstdə işləyən ilk alim İsaak Nyutondur. Nyuton günəşdən gələn şüaları prizmadan əks etdirərək rənglərin ayrılmasını həyata keçirmişdir. Əsas rənglər cisimlərdən əks olunan işığın əsas qavrayışıdır. Yəni iki rəngi birləşdirərək bu rəngləri əldə etmək mümkün deyil. İkinci dərəcəli rənglər əsas rəngləri qarışdırmaqla yaranan və işığın müxtəlif bucaqlardan əks olunması nəticəsində yaranan rənglərdir. Dünyada qəbul edilən üç əsas rəng var. Onları sarı, qırmızı və mavi kimi sıralamaq mümkündür. Bütün digər rənglər bu əsas rənglərin qarışdırılması və neytral rənglərin dəstəyi ilə formalaşır. Yaşıl, narıncı və bənövşəyi kimi rənglərə ikinci dərəcəli rənglər deyilir. Hər bir ikincil rəng iki əsas rəng arasında müəyyən bir məsafədə yerləşir. Məsələn, yaşıl rəng mavi və sarının qarışığından yaranan ara rəngdir. Narıncı sarı və qırmızının qarışığıdır.

Mənbə: Weber

Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et