Bu gün:

Mərakeşdəki nəhəng qum piramidasının sirri açıldı: Ulduz Dune-nin 13 min il yaşı olduğu ortaya çıxdı.


 Alimlər ilk dəfə olaraq Yer kürəsinin ən qədim təpələrindən birinin yaşını hesablayıblar.  Mərakeşin cənub-şərqindəki Erg Chebbi qum dənizində hündürlüyü 100 m və eni 700 m-ə çatan Lala Lallia (Berber dilindən tərcümədə "Ən yüksək müqəddəs nöqtə" kimi tərcümə olunur) ulduz təpəsinin 13.000 il əvvəl yarandığını aşkar etdilər.

Erg Chebbi Dunes, The Best of Merzouga Desert - Morocco Tours Agency

Ulduz təpələri yüzlərlə metr hündürlüyə çatan səhra qumu formalaşmasının ən hündür və ən mürəkkəb növüdür. Onlar piramidal formasına və şüa saçan budaqlarına görə belə adlandırılmışlar. Afrika, Səudiyyə Ərəbistanı, Çin ilə Şimali Amerika səhralarında, həmçinin Marsda və Saturnun peyki Titanda geniş yayılmışlar.

Ulduz təpələri istiqaməti dəyişən əks küləklər tərəfindən yaradılır və indiyə qədər heç birinin tarixi elm adamları tərəfindən müəyyən edilməmişdir.

İndi isə məlum olub ki, son 1000 ildə Lala Lallia qumsalının qumları sürətlə böyüyərək, hər il təxminən 50 sm qərbə miqrasiya edib. Bu, ulduz qumunun əmələ gəlməsinin uzun illər ərzində küləyin istiqamətinin dəyişməsi ilə müşayiət olunduğu nəzəriyyəsini dəstəkləyir.

Tədqiqatçılar həmçinin hesablayıblar ki, 100 m hündürlüyündəki qum təpəsi, ehtimal ki, təxminən 8000 il ərzində böyüməyi dayandırıb və sonrakı bir neçə min il ərzində sürətlə genişlənib. Qum formasiyasının şərq tərəfində səpələnmiş keramika parçaları ilə qumsalın böyüməsinin dayanma dövrü qeyd olunur. Bu, bu dövrdə iqlimin daha rütubətli ola biləcəyini və qumun bitki örtüyü ilə sabitləşdiyini göstərir.

Tədqiqatda elm adamları qum dənələrinin gün işığına ən son nə vaxt məruz qaldığını təxmin etdikləri təpələrin tarixini təyin etmək üçün yeni bir texnikadan istifadə etdilər. Qum dənələri ətraf mühitdən radiasiya udmağa meyllidirlər və müəyyən şərtlər altında laboratoriyada buraxırlar. Əgər onlar uzun müddət basdırılmış vəziyyətdə qalsalar, daha çox radiasiya udurlar və qum təbəqələrinin qrafikini yaratmağa kömək edirlər. Bəzi qum dənələrinin parıltısı nə qədər parlaq olarsa, onlar bir o qədər yaşlıdırlar.

Tədqiqat minilliklər əvvəl iqlim və külək nümunələrinə daha çox işıq sala bilər. Gələcək qaya sənəti tədqiqatlarında ulduz təpələrinin müəyyən edilməsi ideyası da irəli sürülüb.


Mənbə: dzen.ru 

Tərcümə etdi: Leyla Bayandurlu 

Paylaş
Şərh əlavə et