Bu gün:

İnsan hüceyrəsi nədir?


İnsanların, bitkilərin, heyvanların və bəzi təkhüceyrəli canlıların hüceyrələrinin quruluşu eukaryotik hüceyrələrdir.

Bütün canlılarda mövcud olan hüceyrələr sitoplazma hüceyrə membranı və DNT-dən ibarətdir. DNT canlıların genetik materialının adına aiddir. Bütün genetik kodlar DNT-də yerləşir. Hüceyrələr, ümumiyyətlə, iki hissəyə bölünür. Bunlar eukaryotik hüceyrələr və prokaryotik hüceyrələrdir. 

Eukaryotik hüceyrələrin içərisində bir nüvə var - hüceyrənin beyni adlanır. Bu hüceyrələr heyvan və bitkilərin əsas tikinti materiallarıdır. Prokaryotik hüceyrələrdə nüvə yoxdur. Lakin onun orqanoidləri membranla örtülmür. Adı çəkilən hüceyrələr təkhüceyrəli canlıların hüceyrə formalarıdır. Məsələn, bakteriyalar prokaryotik hüceyrə quruluşuna malikdir.

İnsan bədənindəki hüceyrələrin quruluşu nədir?

İnsan bədənində təxminən 200 müxtəlif növ hüceyrə var. Bu hüceyrə növlərindən bir neçəsi aşağıdakı kimi verilmişdir: Qırmızı qan hüceyrələri və ya eritrositlər dəri hüceyrələri Neyronlar və ya sinir hüceyrələri yağ hüceyrələri İnsanlar çoxhüceyrəli və mürəkkəb orqanizmlərdir. Bədəndəki hüceyrələr peşəkardır. Bu o deməkdir ki, hər bir hüceyrə növü özünəməxsus və xüsusi funksiya yerinə yetirir. Bu səbəbdən bədəndəki 200 fərqli hüceyrə növü fərqli bir quruluşa, ölçüyə, forma və funksiyaya malikdir. Buna görə də onun tərkibində müxtəlif orqanoidlər var.

Mənbə: Hürriyyet
Tərcümə etdi: Aysel Qəhrəmanpur

Paylaş
Şərh əlavə et