Bu gün:

Niyə heç bir ölkənin bayrağında bənövşəyi rəng yoxdur?


Dünyada ümumilikdə 195 ölkə var və bu ölkələrin heç biri bayraqlarında bənövşəyi rəngdən istifadə etmir. Bəs niyə? Əslində cavab sadədir. Bənövşəyi tarix boyu ən bahalı rəng olub və yalnız krallıqların və imperiyaların başında olan elitanın ala biləcəyi lüks rəng olaraq qalıb.


Bənövşəyi rəng piqmentinin istehsalı 18-ci əsrə qədər olduqca zəhmətli idi. Bənövşəyi rəngdən ilk dəfə bugünkü Suriya və Livanın Aralıq dənizi sahillərində yaşayan Finikiyalılar tərəfindən istifadə edildiyi təxmin edilir. Bu bölgəyə xas bir dəniz ilbizindən əldə edilən bənövşəyi rəngin əldə edilməsi əsrlər boyu bütün rənglərdən daha çətin idi.


Xüsusilə bu gün Livan sərhədləri daxilində olan qədim Sur şəhərində tapılan ilbizlərdən bir qram bənövşəyi boya əldə etmək üçün on minlərlə ilbiz lazım idi. 


Bənövşəyi rəngin qızılın çəkisindən baha olması bu rəngin tarix boyu krallığın və imperiyanın rənginə çevrilməsinə şərait yaratmışdır. Finikiya və ya Tyrian bənövşəyisi olaraq da bilinən rəng dözümlü idi, parçadan asanlıqla çıxmırdı və günəş işığına məruz qaldıqca parlaqlığı artaraq bu rəngi zəngin təbəqələr tərəfindəm arzulanmasına səbəb oldu.Roma, Bizans və Fars imperiyaları ilə yanaşı, bənövşəyi rəng  İngiltərədəki  kral ailəsini simvolizə edirdi.


1533-1603-cü illərdə İngiltərə kraliçası olan I Yelizaveta özünə və kral ailəsindən kənar şəxslərə bənövşəyi paltar geyinməyi qadağan etdi. Yelizaveta dövründə yarım kilo bənövşəyi boyanın dəyəri 1,5 kilo qızıla bərabər idi. Bu, bugünkü qızıl qiymətləri ilə hesablandıqda təxminən 56.000 dollara uyğun gəlir.

Bənövşəyi rəngin bu astronomik dəyəri heç bir ölkə və ya krallığın bayraqlarında bənövşəyi rəngdən istifadə etməməsinə səbəb oldu.


Mənbə: bbc.com

Tərcümə etdi: Sevil Azər 

Paylaş
Şərh əlavə et