Bu gün:

Göbeklitəpə - Şanlıurfa


Göbeklitəpə Şanlıurfada eramızdan əvvəl X minilliyin sonlarından eramızdan əvvəl IX minilliyə (~9.500-8.000) aid olan tarixdən əvvəlki ərazidir. Təxminən 1500 il davam edən bir dövrə aid arxeoloji yataqları ehtiva edən kurqandır.

Bu yataqlara memarlıq tikililəri, tullantı və çöküntü yataqları daxildir. Qazıntılar zamanı külli miqdarda fauna və botanika qalıqları, çaxmaq daşı və üyüdülmüş daş artefaktlar, habelə heyvan və insan təsvirləri və heykəlləri aşkar edilib.

Monumental tikililərdəki bütün T formalı obelisklərin insanları təmsil etdiyini nəzərə alsaq, Göbeklitəpədəki monumental tikililərdə şahidi olduğumuz bir yığıncaq və ya görüşdür: Quruluşun içərisində mərkəzi mövqedə dayanan iki böyük fiqurun ətrafında oturmuş saysız-hesabsız insan təsvir edilib.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et