Bu gün:

Sebasteion məbədi - Aphrodisias


1979-cu ildə prof. Kənan Ərim Roma İmperiyasının ilk imperatorları olan Afrodita ilahəsi və Yuliya Klavdi sülaləsinə həsr olunmuş böyük məbəd kompleksi tapıb.

Binanın üzərindəki yazılardan binanın Sebasteion adlandığını bilirik. Bu ad latınca Avqust sözünün yunanca qarşılığıdır, böyük mənasını verir. Romanın şərqində bu qədər böyük və xüsusilə relyeflərlə zəngin olan ikinci sebasteion yoxdur. Bina şimal darvazasından başlayaraq teatrla bitən küçədə yerləşir. Kult mərkəzi İmperator Tiberius dövründə (14-37) tikilməyə başlanmış və Neronun dövründə (54-68) tamamlanıb. Tikinti mərhələsində zəlzələlər nəticəsində dəfələrlə dağıdılan və yenidən qurulan kult mərkəzinin əsas strukturları İmperator Klavdiyin dövründə tamamlanıb. Bu gün məbəddən qalan yalnız sütun bünövrələri və korinf üslublu sütun başlıqlarıdır. IV-VII əsrlərdə zəlzələlərin vurduğu ziyanla yanaşı, Türk və Bizans dövründəki köçlər də məbədə böyük ziyan vurub.

O, şərq-qərb istiqamətində uzanır və şəbəkə ilə planlaşdırılan şəhərdə heç bir başqa bina ilə uyğunlaşdırılmır. O, uzunluğu 80 m və eni 14 m olan iki uzun eyvandan və asfaltlanmış mərasim yolundan ibarət idi. Qərbdəki eyvanın ucları tetrapilonun qarşısından keçən küçə ilə birləşir. Abidə üç əsas strukturdan ibarətdir. Küçəyə açılan giriş binası (propilon) iki mərtəbəlidir. On dörd metr enində mərmər döşənmiş yol podiumda yerləşən qələbə məbədi ilə bitir. Yolun hər iki tərəfində üç mərtəbəli eyvanlar var. Bu binaların ikinci və üçüncü mərtəbələrindəki sütunlar arasında orijinal relyefli panellər var.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et