Bu gün:

Sümela monastırı - Trabzon


Şayiələrə görə Bizans imperatoru Teodosius (375-395) dövründə Afinadan olan Barnabas və Sophranios adlı iki keşiş tərəfindən qurulan monastır VI əsrdə İmperator Yustinianusun monastıra müraciət etməsi ilə general Belisarios tərəfindən təmir edilib.

Sümela monastırının XIII əsrdən bəri mövcud olduğu məlumdur. III Aleksiosun dövründə (1349-1390) monastırın əhəmiyyəti artıb və təmin edilib. Şərqi Qara dəniz sahillərində türklərin hökmranlığının ardından Osmanlı sultanları bir çox monastırlarda olduğu kimi Sümelənin də hüquqlarını qoruyub, bəzi imtiyazlar veriblər. Sümela monastırının bir çox yerləri XVIII əsrdə təmir edilib, bəzi divarları freskalarla bəzədilib. XIX əsrdə böyük tikililərin əlavə edilməsi ilə monastır möhtəşəm görkəm qazanaraq özünün ən zəngin və parlaq dövrünü yaşayıb. Bu dövrdə son şəklini alan monastır bir çox xarici səyyahların ziyarət etdiyi məkan və onların yazılarının mövzusu oldu. 1916-1918-ci illərdə Trabzonun Rusiya tərəfindən işğalı zamanı monastır müsadirə edilib və 1923-cü ildən sonra tamamilə boşaldılıb.

Mənbə: Antiktarih

Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et