Bu gün:

Ramazandan sonra qidalanma necə olmalıdır?



Ramazan ayında normaldan daha az yemək yediyimiz üçün Ramazandan sonra iştahı idarə etmək çətinləşir. Bu səbəbdən Ramazan ayı bitdikcə daha çox yemək istəyi yarana bilər. Ramazandan sonra yediklərimizi birdən-birə artırsaq, Ramazanda dincələn həzm sistemində pozğunluqlar yarana bilər. 

Bəs Ramazandan sonra necə qidalanmalıyıq?

-Əvvəlki yemək sayımıza çatmaq üçün yeməklərimizi kiçik hissələrlə az-az artırmalıyıq.

-Günə səhər yeməyi ilə başlamalıyıq. Səhər yeməyimizə zülalla zəngin yumurta, pendir, çox taxıllı çörəklər və mövsümi göyərti əlavə etməliyik.

-Naharda az yağlı toyuq əti, ət və balıq məhsulları, axşam yeməyində isə zeytunyağlı tərəvəz xörəkləri seçməliyik.

-Ramazan ayında azalan su istehlakını mütləq artırmalıyıq.


Mənbə: akademi hastaneleri
Tərcümə etdi: Nailə Hadizadə
1
Paylaş
Şərh əlavə et