Bu gün:

Ödəm nədir?


Ödəm bədəndəki toxumalarda həddindən artıq maye yığılması və sıxılması nəticəsində meydana gələn şişkinliyə verilən addır. Ödəm bədənin hər hansı bir hissəsində, əsasən, əllərdə, qollarda, ayaqlarda, ayaqlarda və topuqlarda ola bilər.

Ödəm dərmanların yan təsirləri, hamiləlik və ya böyrək xəstəliyi, konjestif ürək çatışmazlığı və ya qaraciyər sirozu kimi əsas xəstəlik nəticəsində inkişaf edə bilər. Ödəm əsas xəstəliyin əlaməti olduqda, xəstəliyin özünü ayrıca müalicə etmək lazımdır.


Bədəndəki ödemdən necə qurtulmaq olar?

Duz istehlakını azaltmaq
Ödəmli əzanı ürək səviyyəsindən yuxarıda saxlamaq
Masaj
Məşq
Kompressiya corabları, qolları və əlcəklərindən istifadə etmək
Ödəmli nahiyəni təmiz və nəmli saxlamaq
Bol su içmək
Ödem yaradan qidalardan istifadə etmək və s.

Qeyd etmək lazımdır ki, əgər, ödəm dərmanlardan qaynaqlanırsa, həkiminizlə məsləhətləşərək ödem dərmanınızı dəyişdirin.

Masaj

Təsirə məruz qalan nahiyəni ürəyə doğru möhkəm, lakin ağrılı olmayan şəkildə sığallamaqla masaj etmək həmin nahiyədən artıq mayenin çıxarılmasına kömək edə bilər.

Kompressiya məhsullarından istifadə edin.

Bir əzanın ödəmdən təsirləndiyi bəzi hallarda, həkim fərdi şişkinliyin qarşısını almaq üçün kompressiya corabları, qolları və ya əlcəkləri geyinməyi tövsiyə edə bilər.

Ödəmli nahiyəni təmiz və nəmli saxlayın

Fərd ödəmdən təsirlənən ərazini təmiz və nəmli saxlamalı və onu yaralanmalara qarşı diqqətlə qorumalıdır. Quru və çatlamış dəri sıyrıqlara, kəsiklərə və infeksiyalara daha çox meyllidir.



Mənbə: Acıbadem
Tərcümə etdi: Sona Adgözəlova

Paylaş
Şərh əlavə et