Səhər qəhvənizi alma ilə əvəz etməyə necə baxırsınız? Cornell Universitetinin alimləri alma və qəhvəni müqayisə edərək səhərlər qəhvə içmək əvəzinə niyə alma yeməli olduğunuzu bölüşüblər. Bəs niyə səhər qəhvə içmək əvəzinə alma yemək lazımdır?

Səhərlər qəhvə içməyin səbəbi orqanizmin yuxudan çıxmasına kömək etməsidir. Bəs bu necə olur? Gecələr yatarkən qan təzyiqi aşağı düşür, lakin bir fincan qəhvədə 100 milliqram kofein mərkəzi sinir sistemini stimullaşdırır və öz növbəsində qan təzyiqini və tənəffüs sürətinizi artırır. Bu, sizin daha ayıq hiss etməyinizi təmin edir. Ancaq çox qəhvə istifadə etmək əks effekt verə bilər və özünüzü daha yorğun hiss edə bilərsiniz.Qəhvə əvəzinə alma yeməniz sizi daha yaxşı hiss etdirə bilər.
Mənbə: milliyet.com
Tərcümə etdi: Səmayə Qədirova
