Bu gün:

Sensor Ekologiya nədir?


Sensor ekologiya sahəsi heyvanların öz mühitlərində nə qəbul etdiklərini və bunun onların ətraf mühitlə qarşılıqlı əlaqəsinə necə təsir edəcəyini anlamaq üçün onların qavrayış sistemləri üzərində aparılan tədqiqatlara əsaslanır. 

Bu qavrayış dünyası hər hansı bir zamanda heyvanın sinir sisteminin daxili dinamikasından təsirlənsə də, müəyyən bir orqanizmin qavrayışlarından çox asılıdır.

İnsanların aşkar edə bildiyi görünən spektrinin, mövcud elektromaqnit enerjisinin ümumi diapazonunun yalnız kiçik bir hissəsi olduğunu fərq etmiş ola bilərsiniz. Digər heyvanların duyğu sistemlərini tədqiq etdiyimiz zaman heyvanların insan hissləri ilə qəbul edilə bilməyən qıcıqları təsbit edə bildiyini görürük. İnsanların qəbul edə biləcəyi diapazondan yuxarı olan stimullar üçün "ultra" prefiksindən, insanların qavraya biləcəyi diapazondan aşağı olan stimullar üçün "infra" prefiksindən istifadə edirik. Ancaq nəyisə “ultra” və ya “infra” olaraq adlandırmağımız onun qavranılmaması demək deyil, onun insan duyğu sistemləri tərəfindən qəbul edilə bilməyəcəyi anlamına gəlir.

Heyvan hər bir hissin qəbul etdiyi məlumatlara görə təsnif edilən müxtəlif hisslərə malik ola bilər (sensor rejimlər, Cədvəl 1). Müəyyən duyğu üsullarının əhəmiyyəti bir növdən digərinə dəyişir. Odur ki, növün hissiyyat üsullarını tədqiq etməklə növlərin ekologiyası və təkamülü haqqında geniş məlumat əldə etmək mümkündür.

Digər heyvanların duyğu ekologiyasını öyrənərkən, biz insanlar olaraq ən yaxşı bildiyimiz qabiliyyətlərə diqqət yetiririk: Biz məlumatı səs (eşitmə), işıq (görmə) və kimyəvi (qoxu və dad) kimi qəbul edirik. Bundan əlavə, onurğasız orqanizmlərdə müxtəlif rejimlər üzərində çox iş görülsə də, biz onurğalı orqanizmlərə diqqət yetiririk. Biz tez-tez bu qabiliyyətlərin hər birini araşdırırıq və insanların onlara necə reaksiya verdiyinə əsaslanaraq aldıqları stimulları təsvir edirik.

Heyvanların duyğu ekologiyası bizə həmin heyvanın yaşadığı qavrayış aləmə diqqətlə baxmağa və beləliklə, heyvanın davranışını daha yaxşı başa düşməyə imkan verir.

Hər bir orqanizm öz sinir sistemi tərəfindən qəbul edilən və işlənən bütün məlumatlardan ibarət bir dünyada yaşayır. "Umwelt" termini 1909-cu ildə Jakob von Uexküll tərəfindən qəbul edilən dünyanı təsvir etmək üçün istifadə edilmişdir (Rüting 2004, Shettleworth 1998). Umwelt hər bir orqanizm üçün fərqlidir, ona görə də başqa bir orqanizmin dünyanı necə qəbul etdiyini tam başa düşmək bizim üçün çox çətindir. Bu dilemma illər ərzində həm filosofların (Nagel 1974), həm də bioloqların (Qriffin 1958) diqqətini cəlb etmişdir. Qavrama sistemlərinin inkişafının heyvanın inkişafı ilə paralel olması olduqca normaldır. Bu o deməkdir ki, orqanizmin "umwelt" (qavranılan mühit) həyatı boyu tez-tez dəyişir.

Mənbə: evrimağacı

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et