Bu gün:

Orucluqdan sonra necə qidalanmalıyıq?


24Media.az saytının " 1 sual 1 cavab" rubrikasının budəfəki qonağı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovadır. O, orucluqdan sonra qidalanmada diqqət edilməli olan şeylər barədə danışıb. 

-Orucluqdan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayında oruc tutanlar əgər sağlamlıq problemləri ilə üzləşmək istəmirlərsə, xüsusilə, bu bayram günlərindən sonra normal qidalanmalarına qayıtmaq üçün mütləq şəkildə bəzi qaydalara əməl etməlidirlər. Mütləq şəkildə əsas məsələlərdən biri Ramazandan sonra qida qəbuluna başlayacaqlarsa, axşam yeməyini 3, 4 gün hətta bir həftə ərzində yarım saat fərqlə qabağa çəkməklə qəbul etmək olar və artıq 3-4 gündən sonra yuxudan 5 saat əvvələ qədər axşam yeməyini yeyib bitirmək lazımdır. Orucluq zamanı insanlar uzun müddət ac qaldığı üçün daha çox xəmir yeməkləri və yaxud paxlalılar qəbul edir ki, bunun da miqdarını nisbətən normal qidalanmaya keçdikdə azaltmalı, daha sonra əsasən tez həzm olunan qidalar qəbul etməlidirlər. Axşam yeməklərində, xüsusilə, tərəvəzli qidalara üstünlük vermək lazımdır. Bu qidalar lifli qidalardır, bağırsaqların hərəkətliliyini təmin edir və bir çox hallarda insanlarda orucluq zamanı yaranan qəbizliyin qarşısı alır. Səhər yeməyindən imtina etmək sağlamlıq üçün faydalı hesab olunmur və eyni zamanda axşam yeməyindən sonra açıq havada gəzmək sağlamlıq üçün çox faydalıdır, çünki qəbul olunan qidaların həzmini asanlaşdırır və maddələr mübadiləsinin pozulmasının qarşısını alır. Susuzluq olmasın deyə Ramazandan sonra da maye qəbuluna diqqət etmək lazımdır.  Birdən-birə yağlı, turş, duzlu qidaların qəbuluna başlamaq olmaz, çünki bu orqanizmdə maye, duz balansının pozulmasına gətirib çıxarır. Bu da oynaqlarda problem və yüksək təzyiqə səbəb ola bilər. Ramazandan sonra, ümumiyyətlə, bağırsaqlarda, həzm sistemində problemlərin olmaması üçün mümkün qədər az qızardılmış, daha çox yüngül bişmiş qidalardan qəbul etmək lazımdır. Gün ərzində itirilmiş vitamin və minerallar yenidən bərpa olunsun deyə mövsümü meyvə-tərəvəzlərin qəbulu ilə yanaşı quru meyvələrdən də istifadə etmək lazımdır. Orucluqdan sonra əgər sağlamlıq problemləri ortaya çıxarsa, bunu qidaların intervalına diqqət etməklə düzəldə bilərlərsiniz. Yuxu rejimini qaydaya salmaqla, eyni zamanda da həmin yuxu rejimini və səhər yeməyinin saatını birdən-birə normal səhər yeməyi vaxtına deyil, hər dəfədə dəqiqələrlə azaldaraq növbəti standart vaxta gəlmək lazımdır.

Nuray Mürsəlova 







 

Paylaş
Şərh əlavə et