Bu gün:

Yapon çiçəyi


Yapon çiçəyi, həmçinin Çin gülü "hibiscus" olaraq da bilinir. Onun elmi adı "Hibiscus rosa sinensis"dir. Latın dilində Çin qızılgülü kimi tanınır. Yapon gülü əksər insanlar tərəfindən həm bağlarda, həm də evdə dibçəklərdə yetişdirilən bitkidir. Yapon qızılgüllərinin 82 növü məlumdur. Bundan əlavə, Yapon qızılgülü Malayziyanın milli çiçəyidir. Vətəni Cənub-Şərqi Asiyadır. 

"Mallow" ailəsinə aid olan Yapon qızılgül ağacı uzun saplı, iri çiçəklərə malikdir. Ağ, qırmızı, çəhrayı və mərmər kimi müxtəlif rənglərdə ola bilər. Yapon qızılgülünün hündürlüyü 3 metrə qədər, yayılma sahəsi isə təxminən 2 metrdir, lakin budama üsulları ilə kiçik bir ağac şəklinə salına bilər. Yarpaqları yaşıl, sərt və ovala yaxındır. Bitki qocaldıqca tünd yaşıl gövdə rəngi boz olur. İsti mühitləri sevən Yapon gülü qışda orta hesabla 13-18 dərəcə arasında yaşayır, 7 dərəcənin altında isə çürüyərək ölür. Bol günəş işığı olan işıqlı və havalı mühitlərdə saxlanmalı olsa da, birbaşa günəş işığı altında qalmamalıdır. Kölgəli yerlərdə böyüməyə çalışsa, heç çiçəklənməyəcək. Tropik bir bitki olduğundan, Yapon qızılgülü gecə-gündüz dəyişikliyindən təsirlənmədən ilin istənilən vaxtında çiçək aça bilər. Yapon gülünün çiçəkləri bir günlükdür.


Suvarma


Yaz-yay istisində çiçək qönçələri əmələ gəlməyə başladıqdan sonra isti havalarda yarpaqlara bol su çilənməlidir. İnkişaf zamanı onu tez-tez suvarmaq lazımdır ki, torpaq qurumasın. Qış aylarında evdə çiçəklənməyə davam edən Yapon gülü otaq temperaturundan daha soyuq su ilə suvarılmamalıdır. Yapon gülünün torpaq dəyişdirilməsi yazda aparılmalıdır. Çiçək çıxarıla və kökləri kəsilə bilər. Sonra isə eyni qazana əkilə və ya uyğun torpaq əlavə edilərək yenidən əkilə bilər. Nəmə ehtiyacı olan yapon gülü humusla zəngin təbii və üzvi torpaqları da sevir. Hazır torpaq torbaları qapalı şəraitdə yetişdirilən Yapon gülləri üçün uyğundur, lakin ayda bir dəfə bitki qidası verilməlidir.
 

Mənbə: taze çiçek
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et