Bu gün:

Həyatınızda eqoist insanlar varmı?


Eqoistlik nümayiş etdirən insanlar yol boyu kimə zərər verə biləcəyini nəzərə almadan öz şəxsi maraqlarına uyğun davranma nümunəsinə sahib olurlar. Sizə və ya ehtiyaclarınıza əhəmiyyət verməyən eqoist bir insanla münasibət qurmaq yorucu və ağrılı ola bilər. Bir çox fərqli amillər insanları eqoist davranışlara sövq edə bilər. Əgər kiminsə eqoist davranışından təsirlənirsinizsə, özünüzü qorumaq üçün münasibətə yaxınlaşmağın müəyyən yolları var.


Eqoist bir insanın bəzi əlamətlərinə aşağıdakılar daxildir:

1. Davranışlarının başqalarına necə təsir etdiyini nəzərə almamaq;

2. Ardıcıl olaraq başqalarının ehtiyaclarını ödəmək əvəzinə öz şəxsi maraqları üçün hərəkət edirlər;

3. Uşaqlarımızın hansı informasiyaya məruz qaldığını bilmədən həmin bu platformalara məruz qoymamalıyıq.Başqa insanların əzablarına empatiyanın olmaması;

4. Başqalarını incitdikdə heç bir peşmançılıq nümayiş etdirmirlər;

5. İstədiklərini əldə etmək üçün manipulyasiya taktikalarından istifadə edirlər;

6. Həmişə yaxşılıq diləyir, amma heç vaxt qaytarmır;

7. İstədiklərini əldə etmək üçün başqalarından istifadə etmək,hətta bu, başqalarının aşağı salınacağı anlamına gəlsə belə. 


Mənbə: psychcentral.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş