Bu gün:

Podaqra xəstəliyi nədir?


"Podaqra, ümumiyyətlə, cəmiyyətdə "zəngin" və ya "kral" xəstəliyi kimi tanınır. Yemək və içmə vərdişlərindən asılı olaraq baş verə bilər. Daha çox insanın maddələr mübadiləsində problemlər və müxtəlif xəstəliklər səbəbindən baş verir.

Bədənə daxil olan zərərli komponentləri xaric etmək üçün onu sidik turşusuna çevirmək lazımdır. Bu zərərli komponentlər orqanizmdən xaric edilməzsə, mədədə, qanda, oynaqlarda və bağırsaqlarda yığılmağa başlayır. Xüsusilə oynaqlarda toplanan və iltihaba səbəb olur.

Daha çox kişilərdə rast gəlinir və adətən, 40-50 yaş arasında başlayır. İnkişaf etmiş cəmiyyətlərdə 0,4% podaqra xəstələri var.

Bu, oynaq iltihabının bir növüdür və onun ən tipik simptomu oynaqlarda ağrıdır. Əsasən səhər saatlarında başlayan ağrı, adətən, barmağın böyük oynağını təsir edir. Bunun səbəbi səhərə doğru bədəndə turşu ionlarının yığılması zamanı baş verməsidir.

Podaqra vaxtında aşkarlanmazsa və müalicə olunmazsa, ciddi problemlər yarada bilər və insanın hərəkətinə mane ola bilər. Bunun qarşısını almaq üçün qanda sidik turşusunun səviyyəsini azaltmaq üçün müalicə tətbiq edilir və hücumların təkrarlanmasının qarşısını almaq üçün xüsusi antiinflamatuar müalicə tətbiq olunur. 

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et