24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı allerqoloq Aytəkin Həsənzadədir. O, allergiyalar barəsində danışıb.

Allergiyanı tamamilə müalicə etmək mümkündür?
Allergiya növündən asılı olaraq bu dəyişə bilir. Məsələn, kəskin formada allergiyalar olanda, bəli, daha yaxşı müalicə etmək olur. Amma əksər hallarda xroniki formaya keçdiyinə görə müalicədə taktika fərqli olur. Məsələn, deyək ki, xəstələrin allergiyası tənəffüs yollarının allergiyasıdırsa(yuxarı və ya aşağı tənəffüs yollarının allergiyasıdırsa), yaxud allergik rinitdir, bronxial astmadırsa, bunu dəri sınağı qoyduqdan sonra onun nəticəsinə uyğun olaraq immunoterapiya ilə etmək olar. Bu müalicə allergik spesifik immunoterapiya adlanır. Bəzən dəri allergiyalarında da bundan istifadə olunur. Amma daha çox simptomatik yanaşma üstün tutulur. Eyni zamanda, allerginlərdən, daha çox iritant maddələrdən, səbəbkarlardan qaçınma burada bütün hallarda ənənəvidir.
Gülay Qəribova
